UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün təsnifat mərhələsində möhtəşəm çıxış edən «Sabah» təkcə nəticələri ilə deyil, bir sıra statistik göstəriciləri ilə də turnirin ən yaxşı komandası olub.
Çempionlar Liqasının əsas mərhələsinə gedən yolda keçirdiyi 8 oyunun 6-da qələbə qazanan və rəqib qapılarına 18 qol vuran «Sabah» bu göstəricilərlə yanaşı, hücum statistikalarında da bütün rəqiblərini qabaqlayıb.
«Sabah» təsnifat mərhələsi ərzində rəqib qapılarına ümumilikdə 137 zərbə endirib. Bu zərbələrin 52-si qapı çərçivəsinə dəqiq istiqamətlənib. Bakı təmsilçisi hər iki göstəricidə turnirin ən yaxşı komandası olub.
«Bayquşlar» künc zərbələrinin sayında da zirvədə qərarlaşıb. Komanda 8 qarşılaşmada 48 korner qazanaraq künc zərbələrinin sayına gırdə də rəqiblərini geridə qoyub.
Komandanın tarixi uğurunda futbolçuların fərdi göstəriciləri də mühüm rol oynayıb.
Serbiyalı hücumçu Velko Simiç təsnifat mərhələsində vurduğu 6 qolla turnirin ən məhsuldar futbolçusu adına sahib çıxıb. Onun komanda yoldaşı Coy-Lens Mikels isə 4 qolla bombardirlər sıralamasında ikinci pillədə qərarlaşıb.
«Sabah»ın daha bir futbolçusu – Timoteuş Puhaç isə məhsuldar ötürmələri ilə fərqlənib. 5 qol ötürməsinə imza atan polşalı yarımmüdafiəçi təsnifat mərhələsinin ən yaxşı assistenti olub.
Beləliklə, «Sabah» Çempionlar Liqasının əsas mərhələsinə yalnız tarixi vəsiqə ilə deyil, təsnifat mərhələsinin bir sıra əsas statistik göstəricilərində lider kimiyüksəlib.