Azərbaycan Prezidenti İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan kluba 5 milyon manat ayrılıb.
Sənədə əsasən, Maliyyə Nazirliyinə ayrılan vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
“Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 (1:2, 4:2) hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin əsas mərhələsinə yüksəlib.