Bakı təmsilçisi “Şəfa” heyətini yeni müdafiəçi ilə gücləndirib. Klubun rəsmi məlumatına görə, 25 yaşlı müdafiəçi Arsen Ağcabəyovla 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində müxtəlif klubların formasını geyinən Ağcabəyov son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın yetirməsi olan futbolçu, daha əvvəl icarə əsasında “Səbail”in də şərəfini qoruyub.
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Şəfa” klubu heyətini formalaşdırmağa davam edir. Paytaxt təmsilçisi buna qədər qapıçı Nicat Mehbalıyev və müdafiəçi Rauf Hüseynli kimi təcrübəli oyunçuları da sıralarına qatıb.