Ronald Kuman istefa verdi: Niderland yığmasının yeni baş məşqçisi kim olacaq?

06.07.26 | 19:52
Dünya futbolu

DÇ-2026-nın 1/8 finalında Mərakeşə penaltilər seriyasında məğlub olaraq (əsas vaxt 1:1, penaltilər 2:3) mundialla vaxtından əvvəl vidalaşan Niderland millisində ciddi ayrılıq baş verib. Komandanın 63 yaşlı baş məşqçisi Ronald Kuman postunu tərk etdiyini açıqlayıb.

2023-cü ilin əvvəlindən “narıncılar”a rəhbərlik edən təcrübəli mütəxəssis sosial şəbəkə hesabında bu sözləri yazıb: “Niderland millisinin baş məşqçisi karyeramı başa vurmağa qərar verdim. Birlikdə dünya çempionatında tarix yazmaq arzusu ilə yola çıxmışdıq. Təəssüf ki, bu, baş tutmadı. Hazırda heç kim məndən daha çox məyus deyil. Baş məşqçi olaraq bu məsuliyyəti öz üzərimə götürürəm”.

Niderlandın mundialdan kənarlaşması dünya futbolunun əfsanəvi siması Zlatan İbrahimoviç tərəfindən sərt tənqidlə qarşılanıb. “FOX Sports”un efirində çıxış edən isveçli sabiq hücumçu Kumanı niderlandlıların oyun fəlsəfəsini məhv etməkdə ittiham edib: “Bu məğlubiyyətdə birbaşa Kuman günahkardır, çünki mən meydanda Hollandiya komandası görə bilmədim. O, holland futboluna tamamilə yad olan bir üslubla uduzdu və bu, məni hiddətləndirir. Bizə hər zaman bir şeyi öyrədiblər: hücum, hücum və yenə də hücum! Meydandakı mənzərə isə Niderlandın ruhuna uyğun deyildi. Kuman italyan məşqçilər kimi davranırdı və qələbə üçün yox, uduzmamaq üçün oynayırdı. Amma Niderland həmişə qələbə üçün oynamalıdır. Uduzsan belə, öz kimliyini itirməməlisən. Futbolçuların meydanda özlərini narahat hiss etdikləri aydın görünürdü. Topa nəzarət itmişdi, hücum futbolu yox olmuşdu… Hər şey çox bərbad idi və bunun tək səbəbkarı Kumandır”.

Kumanın gedişindən dərhal sonra bukmeker kontorları Niderland millisinin növbəti sükan arxasına keçə biləcək namizədlərin siyahısını və əmsallarını açıqlayıb. Hazırda əsas favorit “Liverpul”un sabiq baş məşqçisi Arne Slotdur. Ölkə futbolunun canlı əfsanəsi Lui van Qal və Mihael Raytsiger isə ilk üçlükdə yer alıblar.

Bukmekerlərin təyin etdiyi ehtimallara görə namizədlərin siyahısı belədir:

1. Arne Slot 2.37

2. Lui van Qal 4.33

3. Mihael Raytsiger 5.00

4. Ruud van Nistelroy 6.00

5. Peter Boş 6.50

6. Conni Heytinqa 7.00

7. Erik ten Haq 8.00

8. Robin van Persi 11.00

Paylaş:

Xəbər Lenti

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06