Region futbolu can verir: “Quba”nın səssiz fəryadı

23.03.26 | 11:19
Ölkə futbolu

Ölkə futbolunda növbəti bir “dağılan klub” ssenarisi yaşanır. Bu dəfə təhlükə siqnalı şimal zonası – Qubadan gəlir. Sabiq prezident Ayaz Abdullayevin gedişi ilə başlayan böhran artıq kulminasiya nöqtəsinə çatıb: komanda 2-ci liqada “Araz-Saatlı” ilə oyuna çıxa bilmir.

Məsələ sadəcə qələbə və ya məğlubiyyət deyil. Məsələ, bir rayonun futbol kimliyinin yox olmasıdır. Klubun rəsmi bəyanatından bəlli olur ki, futbolçular aylardır maaşsız, sadəcə “şəhər naminə” mübarizə aparırlar. Lakin nəqliyyat xərclərini belə qarşılaya bilməyən bir komandadan peşəkarlıq gözləmək absurddur. “Quba”nın bugünkü durumu təkcə maliyyə yox, həm də idarəçilik böhranıdır. Əgər bu gün hər hansı bir dəstək gəlməsə, sabah futbolmuzun xəritəsindən daha bir ad silinəcək.

Quba futbolu ölməsin: “Bəzən istək kifayət etmir…”

“Quba” FK-nın son müraciəti ürək ağrıdır. “Yazmaq bizim üçün çox ağırdır” deyə başlayan o sətirlərdə bir komandanın ümidi, gənclərin arzusu və çıxılmazlıq var. Təsəvvür edin, futbolçular meydana çıxmaq, döyüşmək istəyir, amma onları stadiona aparacaq avtobusa yanacaq tapılmır.Bu komanda kimindir? Təkcə futbolçuların? Xeyr, bu komanda hər bir qubalınındır, hər bir futbolsevərindir. Klub rəhbərliyinin “kimin nəyə gücü çatırsa” çağırışı əslində bir imtahandır. Bu, birliyin, həmrəyliyin imtahanıdır. Balaca bir yardım böyük bir tarixi xilas edə bilər. Gəlin, “Quba”nın yaşıl meydanlardakı səsini boğmağa imkan verməyək. Bu gün dəstək olmasaq, sabah xatirələrdən başqa heç nə qalmayacaq.

Paylaş:

Xəbər Lenti

Meksika pley-off-u təmin etdi

19.06.26 | 08:06

TV PROQRAM

19.06.26 | 00:50

Tarixi oyun, tarixi jest: Əfsanəvi Kollina Kovaç üçün görünməmiş hədiyyə hazırladı

19.06.26 | 00:31

Qətər 9 oyunçu ilə darmadağın oldu

19.06.26 | 00:03

Neymarın zədəsi tam sağalmayıb: Haiti ilə oyunuda buraxacaq

19.06.26 | 00:42

Avtoqraf istəyən cani və itirilmiş gözlər: Yoan Vissanın dəhşətli hekayəsi

18.06.26 | 23:02

İsveçrə Bosniyanı son 15 dəqiqədə tar-mar etdi

18.06.26 | 23:04

“Qarabağ”ın yetirməsi legioner həyatı yaşayacaq: Yeni klubu bəlli oldu

18.06.26 | 23:50

“Zirə” Avrokubok oyunlarına Bakıda və Boluda hazırlaşır

18.06.26 | 20:31

Çexiya və Cənubi Afrikadan hər iki komandanı çətin duruma salan sülüh

18.06.26 | 20:59

“Turan Tovuz” Türkiyə toplanışını ləğv edərək vətənə döndü!

18.06.26 | 18:05

Çempionlar Liqasının püşkü atıldı: “Neftçi”nin ilk rəqibi bəlli oldu

18.06.26 | 18:09

Kevin Medina “Qarabağ”la vidalaşdı: “Bu klub bir tarixdir!”

18.06.26 | 14:16

“Səbail”də Adil Şükürov dönəmi başa çatdı

18.06.26 | 13:29

DÇ-2026: Ulduzların qollarındakı xüsusi rəmzlər və mənası

18.06.26 | 13:28

DÇ-2026-da “su fasiləsi” qalmaqalı: Azarkeşlər qəzəbli, məşqçilər məmnun

18.06.26 | 13:39

Ronaldunun kabusu davam edir: Həm qol vura bilmədi, həm də rəqibindən “yaş” zərbəsi aldı!

18.06.26 | 13:25

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39