Rəhbərlikdən Osimhenlə bağlı xüsusi təyyarə həmləsi

14.01.26 | 15:58
Dünya futbolu

 Afrika Millətlər Kubokunda (AMK) Nigeriya millisi ilə yarımfinala yüksələn ulduz hücumçu Viktor Osimhen, “CBS Sports Golazo”ya verdiyi müsahibədə “Qalatasaray”la bağlı diqqətçəkən açıqlamalar verib. Hazırda milli komandanın düşərgəsində olmasına baxmayaraq, təcrübəli qol maşını İstanbul klubu və azarkeşləri üçün çox darıxdığını səmimiyyətlə etiraf edib.

“Turnir bitən kimi İstanbula uçacağam”

Müsahibə zamanı Osimhenə ən çox maraq doğuran suallardan biri ünvanlanıb: Nigeriyanın finala çıxacağı təqdirdə, cəmi bir neçə gün sonra baş tutacaq “Qalatasaray” – “Atletiko” Çempionlar Liqası matçında iştirak edəcəkmi? Ulduz futbolçunun cavabı qəti olub: “Əlbəttə, oynayacağam. Mən ‘Qalatasaray’ üçün hədsiz dərəcədə darıxıram. Azarkeşlər mənə hər zaman sonsuz dəstək olublar. İndi ölkəmin mənə ehtiyacı var, amma turnir bitən kimi dərhal İstanbula qayıdıb komandaya qoşulacağam.”

“Atletiko”nu məğlub edəcək gücdəyik”

Çempionlar Liqasının klub və tərəfdarlar üçün daşıdığı əhəmiyyəti vurğulayan Osimhen, rəqibləri barədə də iddialı danışıb. O, Madrid təmsilçisini “əla komanda” adlandırsa da, “sarı-qırmızılılar”ın qələbəsinə inandığını bildirib: “Bütün dünyadakı “Qalatasaray” azarkeşləri üçün Çempionlar Liqası fərqli bir səviyyədir. Bizim ‘Atletiko Madrid’i diz çökdürəcək gücümüz var.”

Rəhbərlikdən xüsusi təyyarə həmləsi

Yeri gəlmişkən, “Qalatasaray” AMK-da Nigeriya millisinin heyətində çıxış edən Viktor Osimhen üçün xüsusi təyyarə planını işə salıb. ‘Sarı-qırmızılı’ rəhbərlik ulduz hücumçunu yanvarın 21-də UEFA Çempionlar Liqasında keçiriləcək “Atletiko” matçından əvvəl mümkün qədər tez İstanbula gətirməyi hədəfləyir.

Əgər Nigeriya yarımfinalda məğlub olub turniri tərk edərsə, Osimhen cümə axşamı Mərakeşdən gətiriləcək.  Nigeriya çempion olarsa, o, qələbə qeyd etmələrindən sonra, yanvarın 19-da İstanbula qayıdacaq.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27