Rəşad Sadıqov: “Sevinən tərəf olmaq üçün var gücümüzü qoyacağıq”

08.05.26 | 15:26
Ölkə futbolu

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ölkə kubokunun final matçı öncəsi Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə geniş müsahibə verib. Təcrübəli mütəxəssis həlledici qarşılaşmaya hazırlıq prosesi və rəqib barədə fikirlərini bölüşüb.

Komandasının hazırlıq planlarından danışan Sadıqov, rəqibin cari mövsümdəki performansını yüksək qiymətləndirib: “Oyuna maksimum səviyyədə hazırlaşmağa çalışırıq. Rəqibimiz artıq Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirib və təbii ki, hazırda komandada yüksək əhval-ruhiyyə hökm sürür. Onlar mövsüm boyu nümayiş etdirdikləri möhtəşəm və sabit oyunla bunu sübut etdilər. Finalda hansı gücdə olan rəqiblə qarşılaşacağımızı yaxşı dərk edirik. Buna baxmayaraq, meydanda bütün gücümüzü qoyacağıq ki, finalın sonunda sevinən tərəf biz olaq”.

Rəşad Sadıqov “Zirə”nin kubok finallarındakı keçmiş təcrübəsinə də toxunub. O, komandasının sayca üçüncü finalına çıxacağını xatırladaraq, bu dəfə titul qazanmaq niyyətində olduqlarını vurğulayıb: “Bu, klubumuzun ölkə kubokunda üçüncü finalı olacaq. Əvvəlki iki həlledici matçda, təəssüf ki, məğlubiyyətlə üzləşmişik. Həmin oyunların birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzduq. Hər iki qarşılaşmada sona qədər mübarizə aparmışdıq və azarkeşlərin yaddaşında qalan finallar olmuşdu. Lakin əsas məqsədimizə — kuboka sahib çıxa bilməmişdik”.

Baş məşqçi budəfəki rəqib olan “Sabah”ın kubokdakı təcrübəsinə də diqqət çəkib: “Finaldakı rəqibimiz “Sabah” ötən mövsüm ölkə kubokunun qalibi olub. Onlar necə əzmkar mübarizə aparmağı və qələbə qazanmağı bacardıqlarını artıq göstəriblər. Bizi çox gərgin və maraqlı bir qarşılaşmanın gözlədiyindən əminik”.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02