Qurban Qurbanov: “Sabah”ın bu qədər xal itirməsi çətin görünür”

20.03.26 | 18:39
Ölkə futbolu

Premyer Liqanın 25-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” matçı gözlənilməz nəticə ilə başa çatıb. Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsindən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunun nəticəsini dəyərləndirib və mübahisəli məqamlarıa toxunub.

Qurban Qurbanov ilk növbədə rəqibi təbrik edərək, meydandakı ab-havanı yüksək qiymətləndirib: “Stadionda çoxlu azarkeşimiz var idi və onlar həqiqətən möhtəşəm atmosfer yaratmışdılar. Amma futbol budur, hər şey ola bilər. Rəqib çox motivasiyalı idi və qalib gəldi. Azər Bağırov yaxşı kollektiv formalaşdıra bilib”.

Komandanın oyuna həddindən artıq rahat çıxması barədə sualları cavablandıran mütəxəssis, futbolçularının istəksiz olmadığını vurğulayıb: “Biz heç vaxt oyunlara arxayın çıxmırıq. Bəlkə də əvvəlki matçın yorğunluğu özünü hiss etdirirdi, lakin bu qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Futbolçuları günahlandırmaq olmaz, onlarda qələbə istəyi var idi, sadəcə bu dəfə alınmadı”.

Matçın ən çox müzakirə edilən epizodu – təyin olunmayan penalti barədə danışan Qurbanov, hakimliyin qərarlarına kinayə ilə yanaşıb: “Narazılıq edəndə deyirlər ki, şişirdirsiniz. Epizoda yenidən baxdım, mənim fikrimcə, orada penalti var idi. Kamilodan soruşdum, ayağına toxunuş olduğunu təsdiqlədi. Əgər hakim penalti verməyibsə, görək sonra nə deyəcəklər. Rauf Cabbarov da sağ olsun, “yaxşı” idarə etdi… Hakimlər Komitəsinin sədri də yəqin ki, qərarı düzgün hesab edəcək. Nə etmək olar, yolumuza davam edirik”.

Turnir cədvəlindəki vəziyyətə toxunan təcrübəli məşqçi, əsas rəqibi olan “Sabah”ın performansını da qeyd edib: “Qarşıda hələ 9 oyun var və mübarizəni sonadək davam etdirəcəyik. Hər matça qələbə üçün çıxırıq. Çempionluq elə bir prosesdir ki, bəzən sənin qələbən kifayət etmir, rəqibin xal itirməsi lazımdır. Lakin “Sabah” hazırda çox yaxşı formadadır, onların bu qədər xal itirməsi çətin görünür.”

Zədədən qayıdan qapıçı Şahruddin Məhəmmədəliyev və gənclərin şansı barədə verilən suallara Qurbanov belə aydınlıq gətirib: “Hazırda Şahruddin texniki məşqlərlə kifayətlənir, oyun hazırlığı tam deyil. Milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədə komandaya tam qoşulacağını gözləyirik. İndi elə bir mərhələdəyik ki, əsas məqsədimiz bütün komandanın fiziki formasını bərpa etməkdir. Növbəti oyunlarda gənclərə də şans yarana bilər.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02