Qurban Qurbanov: “Futbolun mahiyyəti emosiyadır, revanş hissinə yer yoxdur”

08.03.26 | 23:23
Ölkə futbolu

“Qarabağ”ın baş məşqçisi ölkə kubokunun yarımfinalında “Sabah”la gözlənilən qarşılaşmalar, rəqiblərarası münasibətlər və Azərbaycan futbolundakı struktur dəyişiklikləri barədə fikirlərini bölüşüb.

Yarımfinalda “Sabah”la keçiriləcək oyunların Premyer Liqadakı (MPL) rəqabətə təsirinə toxunan mütəxəssis, bu qarşılaşmaların xüsusi çəkiyə malik olduğunu vurğulayıb: “Kubok və çempionat fərqli turnirlərdir, hər birinin öz ab-havası və prestiji var. Bu oyunlar həm bizim, həm də “Sabah” üçün ciddi hazırlıq prosesidir. Xüsusilə beynəlxalq arenada, avrokuboklarda ölkəmizi təmsil etmək baxımından belə səviyyəli matçların keçirilməsi hər iki tərəfin inkişafına müsbət təsir göstərir”.

Futbol ictimaiyyətində tez-tez gündəmə gələn “revanş” mövzusuna aydınlıq gətirən baş məşqçi, komandasının belə bir psixoloji gərginlikdən uzaq olduğunu qeyd edib: “Biz heç bir rəqibə revanş hissi ilə yanaşmırıq. İllərdir həm “Sabah”, həm də digər klublarla qarşılaşırıq. Təqvimin tələbinə uyğun olaraq mövsümdə neçə dəfə oynamaq lazımdırsa, o qədər də meydana çıxırıq. Bizim üçün əsas hədəf intriqa deyil, sabit və keyfiyyətli oyundur”.

 Ötən oyunların birində rəqib məşqçinin etikadan kənar hərəkəti və bunun ətrafında yaranan müzakirələrə münasibət bildirən Q.Qurbanov, hadisələrə daha geniş prizmadan baxmağı təklif edib: “Əlbəttə, belə hallarıyaşanması xoş deyil. Lakin mən hadisələrdən sonra cəza verilməsinin, qırmızı vərəqələrin tərəfdarı deyiləm. Futbol həm də emosiyalar oyunudur. Belə skandallar bəzən futbolun gözəlliyinin, intriqasının bir parçasına çevrilir. Bu, oyunçularda məsuliyyət hissini artırır, azarkeş marağını canlı tutur. Meydanda yaşananlar orada da qalmalıdır. Hətta məşqlərdə və ya dostlar arasında oynayanda belə, böyük ehtiras və mübahisələr olur. Bu, daxili nifrətdən deyil, sadəcə qalib gəlmək istəyindən irəli gəlir. Bu cür anlar futbolumuzu daha canlı edir”.

AFFA İcraiyyə Komitəsinin legioner limitinin ləğvi və komanda sayının artırılması ilə bağlı qərarından bir il ötür. Bu islahatları dəyərləndirən təcrübəli mütəxəssis, çətinliklərin qaçılmaz olduğunu, lakin strateji addımın doğru olduğunu qeyd edib: “Mən hər zaman komanda sayının artırılmasının tərəfdarı olmuşam. İnfrastruktur problemlərinin yaranacağını əvvəlcədən təxmin edirdik. Lakin inkişaf və sabitlik naminə müəyyən fədakarlıqlar edilməlidir. Bəzən böyük klublar məhz ağır məğlubiyyətlərdən sonra daha güclü şəkildə toparlanırlar. Bəli, hazırda bəzi komandaların meydança problemi var. Amma inanıram ki, növbəti mövsümlərdə bu çatışmazlıqlar aradan qaldırılacaq. Futbola sevgi regionlara yayıldıqca, yeni sponsorlar və hamilər ortaya çıxacaq. Çatışmazlıqlar gözlənilən idi, lakin yolumuz inkişafa doğrudur”.

Paylaş:

Xəbər Lenti

“Qəbələ” Adriel Ba Lua ilə yollarını ayırdı

10.06.26 | 13:17

Mourinyonun “Real”a dönüşü: “Sabun operası” yoxsa böyük qələbə?

10.06.26 | 13:36

DÇ ərəfəsində gərginlik: Etirazçılar «Azteka» stadionuna gedən yolu bağlayıblar

10.06.26 | 13:34

«Turan-Tovuz» yay transfer pəncərəsinin ilk imzasını atıb

10.06.26 | 13:36

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09