“Turan-Tovuz”un baş məşqçisi Qurban Berdiyev Premyer Liqanın 29-cu turu çərçivəsində keçirilən “Zirə” ilə heç-heçəni (1:1) şərh edib. Təcrübəli mütəxəssis komandasının çıxışını dəyərləndirərək heyətdəki itkilərin oyuna təsirindən və gənclərə şans verilməsi məsələsindən danışıb: “Ümumilikdə pis oyun alınmadı. Müxtəlif səbəblərdən bir neçə əsas heyət üzvünün yoxluğu ikinci hissədə, yorğunluq fonunda özünü daha qabarıq büruzə verdi. Buna baxmayaraq, göstərdikləri mübarizəyə görə futbolçularıma təşəkkür etdim”.
Berdiyev avrokuboklara vəsiqə erkən təmin olunacağı təqdirdə gənc oyunçulara fürsət yaradılıb-yaradılmayacağı ilə bağlı suala belə cavab verib: “Hər bir gənc oyunçu əsas heyətdə meydana çıxmaq üçün buna layiq olduğunu sübut etməlidir. Heç kimə yerini elə-belə, sadəcə şans xatirinə verməyəcəyik. O yeri qazanmaq lazımdır”.