“Qarabağ” yay transfer pəncərəsində növbəti addımını atıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, Ağdam təmsilçisi latviyalı müdafiəçi Çebrail Makretskisi heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Son olaraq Macarıstanın “Ferensvaroş” klubunun şərəfini qorumuş cinah müdafiəçisi yeni komandasında 25 nömrəli formanı geyinəcək.
Karyerasına Almaniyada başlayan Makretskis “Bayer” (Leverkuzen) klubunun yetirməsidir.