Bügün “Qarabağ” UEFA Avropa Liqasında yeni mövsümə start verir. Ağdam təmsilçisi I təsnifat mərhələsinin ilk oyununda İslandiyanın “Vestri” klubunu sınağa çəkəcək.
Qurban Qurbanovun yetirmələri cütün ilk matçını doğma azarkeşləri önündə keçirəcək. Qarşılaşma saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
Matçı Moldovadan olan baş hakim Roman Jitari idarə edəcək.
Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da Reykyavikdə baş tutacaq.
