UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Vestri” (İslandiya) oyununun hakimləri bəlli olub.
Bakıdakı ilk qarşılaşmanın idarəçiliyi Moldovadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Roman Jitari olacaq. Ona yan xətt hakimləri Vlad Lifçu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Breguça yerinə yetirəcək.
İyulun 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.