“Qarabağ” pley-off astanasında

05.08.25 | 23:53
Ölkə futbolu

Etiraf edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə duelin favoriti sayılsa da, həm ağdamlılarda, həm də azarkeşlərdə müəyyən narahatlıq vardı. Buna səbəb skopyelilərin 2-ci təsnifat mərhələsində gözlənilmədən güclü Rumıniya təmsilçisi FKSB (Styaua) klubunu yenməsi idi. Rumıniyanın adlı-sanlı komandasını turnirdən kənarlaşdıran Jeton Bekirinin komandasının qələbə iştahası da artmışdı. Elə bu üzdən də Qurbanov oyunöncəsi mətbuat konfransında ehtiyatlı danışırdı. Lakin oyun başlayar-başlamaz “Şkendiya”nın “Qarabağ”dan aşkar zəif olduğu ortaya çıxdı.

“Qarabağ” ilk yarıda üstünlüyünü Toral Bayramovun penaltidən vurduğu qolla təsdiqləyə bildi. 11 metrəlik cərimə zərbəsini həmin epizodda mübarizlik göstərən Andrade qazandı.

İlk yarıda olduğu kimi, ikinci hissədə də “Qarabağ” rəqibindən üstün oynadı. Zubir azı üç dəfə hesabı artıra bilərdi. Rəqibin isə ikinci hissədə bir ciddi qol imkanı oldu. Daha bir epizodda isə Cəfərquliyevin kobud səhvi təhlükəli qol epizoduna çevrilmədi. İbraimi cərimə meydançası kənarından zərbə ilə kifayətləndi.

Qeyd edək ki, Qurbanovun yetirmələrinin fiziki və funksional hazırlığı əvvəlki mövsümlərlə müqayisədə daha yaxşıdır. Komanda daha mütəşəkkil, hərəkətli və taktiki cəhətdən hazırlıqlı görünürdü. Odur ki, Şimali Makedoniya təmsilçisini rahatlıqla keçməsi gözlənilən qarabağlılar pley-offda da favorit olacaq.

UEFA Çempionlar Liqası

3-cü mərhələ, ilk oyun

5 avqust, Skopye. Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç

“Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan) – 0:1 

Şkendiya: Qaye, Cake, Vebster, Fetai, Trumçi, Alhassan (Qake, 46), R. Ramadani, Latifi (Krstevski, 69), Krasniçi (Zeynullai, 46), Tamba (Ademi, 81), İbraimi (F. Ramadani, 89).

Qarabağ: Koxalski, Medina, M. Silva (A. Hüseynov, 80), Mustafazadə, T. Bayramov (Cəfərquliyev, 73), Zubir, Kadi (Kaşuk, 73), Bikalyo, Andrade (Kuaku, 80), Addai (Yankoviç, 58), N. Axundzadə.

Qol: Toral Bayramov, 18-p.

Paylaş:

Xəbər Lenti

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09

Məmmədyarov uduzdu

09.06.26 | 00:50

Ayxan Abbasovdan sərt tələb: “Klublarında 7-8 dəqiqə oynamaqla kifayətlənməməlidirlər!”

09.06.26 | 00:05

Sumqayıt Konfrans Liqasının oyunlarına hazırlaşır

08.06.26 | 20:33

“Şəfa” yeni mövsümün hazırlıqlarına iyulda başlayacaq

08.06.26 | 20:54