Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52
Dünya futbolu

Dünya çempionatının startına sayılı günlər qala, turnirin iştirakçıları arasında ciddi idman müstəvisində gərginlik yaşanıb. Bazar ertəsi qapalı qapılar arxasında keçirilməsi planlaşdırılan Norveç – Şotlandiya yoldaşlıq görüşünün son anda ləğv edilməsi skandala səbəb olub. Şotlandiya tərəfinin qəfil geri addım atması norveçlilərin kəskin etirazı ilə qarşılanıb.

Şotlandiya millisi bu qərarı heyətdəki zədə problemləri və risk etmək istəməmələri ilə əsaslandırıb. Komandanın aparıcı futbolçularından olan Con Maqinn mətbuat konfransında özlərini belə müdafiə edib: “Bizim vəzifəmiz Şotlandiya millisini qorumaqdır. Toplanışdan dərhal öncə bir neçə vacib oyunçumuzu itirdik və bu, komandaya ciddi təsir etdi. Yeni bir itki istəmirdik. Heyətdə mikro zədəsi olanlar var idi və hamı məşq etmirdi. Əminəm ki, istənilən ölkə bizim yerimizdə olsaydı, eyni cür hərəkət edərdi”.

Norveçlilər isə rəqibin bu açıqlamasını səmimi hesab etmir və bunu açıq qeyri-peşəkarlıq adlandırırlar. Norveç millisinin baş məşqçisi Stale Solbakken rəqib həmkarının addımını sərt tənqid edib: “Həmkarımın şəxsən mənə zəng etmək əvəzinə, komandamızın meneceri ilə əlaqə saxlaması qeyri-peşəkarlıqdır. Üstəlik, bunu biz məşqi bitirəndən sonra etdilər. Danışdıqları zədələrin son məşqdə baş verdiyinə inanmıram. Biz aylarla bu oyunun logistikası üzərində işləmişdik. Ortada bu qədər razılaşma, müqavilə və ən əsası centlmen sözü var idi. Çempionatın başlamasına günlər qalmış belə geri çəkilmək sadəcə zəiflikdir”.

Seçmə mərhələdəki bütün oyunlarını qələbə ilə başa vuran Norveç, mundialın əsas “qara at”larından (sürprizə imza ata biləcək komandalarından) biri hesab olunur. Lakin şimalılardan fərqli olaraq, Şotlandiya turnir öncəsi imicinə ciddi zərbə vurmuş oldu.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46