Belarusun BATE klubu avrokuboklardakı ev oyunlarını ölkəmizdə keçirməyə qərar verib.
“Football.by” portalının məlumatına görə, Konfrans Liqasında mübarizə aparacaq Borisov təmsilçisi ev arenası kimi Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionu sifariş edib.
Turnirə I təsnifat mərhələsindən start verəcək BATE-nin bu raunddakı ilk və cavab qarşılaşmaları iyulun 9-u və 16-da baş tutacaq.