“Qarabağ” 2026/27-ci illər mövsümü üçün yay təlim-məşq toplanışının proqramını açıqlayıb.
Klubun yaydığı məlumata görə, iyunun 10-da Bakıda bir araya gələcək “Köhlən atlar” hazırlığın ilk mərhələsinə start verəcəklər. Paytaxtdakı məşqlər iyunun 22-nə qədər davam edəcək. Elə həmin gün Ağdam təmsilçisi toplanışın ikinci və əsas mərhələsi üçün Avstriyanın Tirol bölgəsinə yollanacaq. “Qarabağ”ın Avstriya sınağı iyulun 2-nə qədər davam edəcək.
Qurban Qurbanovun yetirmələri Avstriya toplanışı çərçivəsində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların təqvimi isə belədir:
27 iyun 19:00“Qarabağ” — ÇSKA (Sofiya, Bolqarıstan)
1 iyul 15:00 “Qarabağ” — “Metalist” (Ukrayna)
1 iyul 20:00“Qarabağ” — “Ferentsvaroş” (Macarıstan)
İyulun 1-də Ağdam təmsilçisi eyni gündə iki fərqli rəqiblə qarşılaşaraq geniş heyətlə rotasiya imkanlarını yoxlayacaq.