“Şafa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, komanda qapıçı Nicat Mehbalıyevi rənglərinə bağlayıb. Son klubu “Sabah” olan qolkiperlə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Bakı klubu bundan əvvəl müdafiəçi Rauf Hüseynlini də heyətinə qatmışdı.