Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48
Dünya futbolu

Tunis Futbol Federasiyası baş məşqçi Sabri Lamuşinin istefaya göndərildiyini rəsmən açıqlayıb. Mundialın startında İsveçə qarşı alınan 1:5 hesablı rüsvayçı məğlubiyyət, həmçinin fransalı mütəxəssisin federasiya rəhbərliyi və bəzi futbolçularla yaşadığı gərginlik bu qərarın verilməsində əsas rol oynayıb.

Yanvarın 14-də təyin olunan və Tunis yığması ilə cəmi 5 matça çıxan Lamuşinin gedişi Dünya Çempionatları tarixinə antirekord kimi düşdü. Bu, turnir tarixində cəmi bir oyundan sonra baş məşqçinin qovulması ilə bağlı ilk hadisədir.

Tunis millisini çempionatın qalan hissəsində təcrübəli mütəxəssis Herve Renar çalışdıracaq. Fransa mətbuatının məlumatına görə, 57 yaşlı baş məşqçi artıq çərşənbə axşamı Parisdən turnirin keçirildiyi Meksikaya yola düşüb. Renar ilə ilkin olaraq mundialın sonunadək müqavilə imzalansa da, tərəflərin razılığına əsasən bu müddət 2028-ci il iyulun 21-nə qədər uzadıla bilər.

Renar Afrika Kubokunu iki fərqli milli komanda ilə (2012-ci ildə Zambiya, 2015-ci ildə isə Kot-d’İvuar) qazanan yeganə məşqçi kimi tarixə düşüb. O, həmçinin Mərakeş, Anqola, Fransa (qadınlar) və Səudiyyə Ərəbistanı yığmalarına rəhbərlik edib.

Bu, fransalı mütəxəssisin karyerasındakı ardıcıl üçüncü Dünya Çempionatı olacaq (2018-də Mərakeş, 2022-də Səudiyyə Ərəbistanı). Qətərdə keçirilən son mundialda onun rəh bərlik etdiyi Səudiyyə Ərəbistanı millisi turnirin gələcək çempionu Argentinanı ilk turda 2:1 hesabı ilə məğlub edərək böyük bir sensasiyaya imza atmışdı.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46