Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12
Dünya futbolu

Koreya millisinin Qvadalaxaradakı təlim-məşq bazasında baş verən insident dünya çempionatını işıqlandıran koreyalı jurnalistlər üçün baha başa gəlib. Açıq məşq zamanı mikrofonun açıq qaldığından xəbərsiz olan müxbirlərin öz aralarındakı söhbət səs yazısına düşüb və böyük qalmaqala səbəb olub.

Jurnalistlərin komandanın kapitanı Son Hın Minin hərbi xidmət müddəti ilə bağlı istehzalı ifadələr işlətməsi internetdə sürətlə yayılaraq futbol ictimaiyyətinin kəskin etirazına səbəb olub: “Özünü elə aparır, elə bil indicə ordudan qayıdıb. Kapitan olduğuna görə belə edir? Axı o, tam hərbi xidmət belə keçməyib”.         

Kapitanlarına dəstək nümayiş etdirən yığmanın üzüvləri yerli mətbuata qarşı boykot elan edib. Çexiya üzərində qazanılan qələbədən (2:1) sonra, adətən mətbuatı heç vaxt cavabsız qoymayan Son Hın Min, bu dəfə mikst-zonada jurnalistlərin yanından sadəcə salamlaşaraq ötüb keçib. Oyunun qəhrəmanı Hvan In Bomun iştirakı ilə keçirilməli olan mətbuat konfransı isə ləğv edilib. Rəsmi səbəb “qrafik sıxlığı” göstərilsə də, bunun futbolçuların şəxsi qərarı olduğu məlum olub. Yaranmış gərginlik və media ilə münasibətlərin korlanmasına görə komandanın mətbuat katibi məsuliyyəti üzərinə götürərək istefa verib.

Koreya Futbol Federasiyası rəsmiləri insidentə sərt reaksiya verib. Rəsmi brifinqlərin birində əcnəbi media nümayəndələrindən zalı tərk etmək xahiş olunub və yerli jurnalistlərlə qapalı qapılar arxasında ciddi “tərbiyəvi” söhbət aparılıb.

Hadisənin şahidi olan ESPN Mexico-nun müxbiri Xesus Bernal düşərgədəki vəziyyəti belə təsvir edib: “Bizə zalı tərk etmək deyiləndə şoka düşmüşdük. Lakin sonradan öyrəndik ki, federasiya rəsmiləri öz jurnalistlərini kəskin tənqid ediblər. Komanda düşərgəsindəki gərginlik pik həddədir”.Məsələ ilə bağlı Jurnalistlər Həmkarlar İttifaqı da rəsmi bəyanat yayıb.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46