Mövsümün başa çatması ilə “Sumqayıt”dan ayrılan Saşa İliçin yeni iş yeri rəsmiləşib. Təcrübəli baş məşqçi karyerasını vətənində davam etdirəcək.
Belqrad təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, o, Serbiya futbolunun köklü klublarından olan “Partizan”ın sükanı arxasına keçib. Klub rəhbərliyi mütəxəssislə rəsmi müqavilə imzalandığını elan edib.
Xatırladaq ki, “Sumqayıt”da cəmi bir il çalışan İliç, çempionatın yekununda “kimyaçılar”ın düşərgəsindən ayrılmışdı.