Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət (U-20) millimiz növbəti yoxlama oyununa çıxıb. Yığmamız Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə gücünü sınayıb.
Bu qarşılaşma Azərbaycan futbolu üçün həm də yeni bir səhifənin başlanğıcı olub. Belə ki, bu oyun U-20 millimizin yeni baş məşqçisi Ruy Jorjenin rəhbərliyi altında çıxdığı ilk rəsmi sınaq matçı kimi yadda qalıb. Portuqaliyalı mütəxəssisin debütü komandamızın qələbəsi ilə nəticələnib.
Komandamız meydandan minimal hesablı qaləbə ilə ayrılıb. Oyunun taleyini həll edən yeganə qola qarşılaşmanın 31-ci dəqiqədə Cəbrayılzadə imza atıb.
Qəbələ toplanışı çərçivəsində keçirilən bu görüş, yeni baş məşqçinin komandanın potensialını görməsi və taktiki eksperimentlər aparması baxımından vacib reabilitasiya xarakteri daşıyıb.
Azərbaycan (U-20) – Pakistan (U-20) 1:0 (1:0)
Qol: Cəbrayılzadə, 31 (1:0)