“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır. Belçikalı insayder Saşa Tavolyeri və Macarıstanın “Nemzeti Sport” nəşrinin yaydığı məlumata görə, Ağdam klubu “Zalaeqerseq”in mərkəz müdafiəçisi Bentse Varkoni ilə razılıq əldə edib.
“Köhlən atlar” bu keçid üçün Macarıstan klubuna 1 milyon avro təzminat ödəməli olacaq. 24 yaşlı stoperlə 3 illik müqavilə imzalanacağı gözlənilir. Qeyd edək ki, futbolçunun klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var idi.