“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır. Portuqaliyanın nüfuzlu “Record” nəşrinin yaydığı məlumata görə, söhbət “Portimonense” klubunun yarımmüdafiəçisi Samuel Lobatudan gedir.
Mənbə bildirir ki, 24 yaşlı portuqaliyalı oyunçunun yaxın günlərdə Azərbaycan çempionu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. Keçidin tam rəsmiləşməsi üçün tərəflər arasında yalnız kiçik detalların razılaşdırılması qalıb.
Lobatunun “Portimonense” ilə müqavilə müddəti 2028-ci ilə qədərdir. Bu səbəbdən “Qarabağ”ın bu transfer üçün Portuqaliya təmsilçisinə təzminat ödəyəcəyi bildirilir.