«Qarabağ» Avropa Liqasına inamlı qələbə ilə başladı: İslandiya klubu darmadağın edildi

09.07.26 | 23:17
Ölkə futbolu

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda təmsilçimiz «Qarabağ» öz meydanında İslandiyanın «Vestri» klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ötən mövsüm Premyer Liqada «Sabah»ın ardınca ikinci pillədə başa vuran və ölkə kuboku ilə erkən vidalaşan Qurban Qurbanovun yetirmələri yeni avrokubok mövsümünə iddialı start verdi. Rəqib isə İslandiya ikinci divizionunda çıxış etməsinə baxmayaraq, ölkə kubokunun qalibi kimi qitə miqyaslı turnirə vəsiqə qazanan və təəccübləndirməyi bacaran «Vestri» idi.

Matçın ilk dəqiqələrindən etibarən topa nəzarəti ələ keçirən «Qarabağ» rəqib qapısı qarşısında davamlı təzyiq edirdi.

İslandların müdafiə xətti yalnız ilk yarım saat ərzində təzyiqə tab gətirə bildi. 30-cu dəqiqədə Aleksey Kaşçukun sağ cinahdan cərimə meydançasına etdiyi kəskin asma rəqib müdafiəsini yardı və mövqe seçməyi bacaran Zakariya Savo baxımlı baş zərbəsi ilə hesabı açdı — 1:0.

Qoldan sonra da hücumlarını səngitməyən təmsilçimiz fasilə ərəfəsində üstünlüyünü ikiyə çatdırıdı. 45+2-ci dəqiqədə Abdulla Zubir rəqib müdafiəçi Qardarssonun kobud səhvindən yararlanaraq topu ələ keçirib və qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb – 2:0.

Fasilədən sonra tabloya yansıyan üstünlüyün yaratdığı rahatlıqla oyuna tam nəzarət edən Ağdam təmsilçisi, islandların seyrək əks-hücum cəhdlərinin qarşısını inamla kəsərək qapısı önündə heç bir təhlükə yaranmasına imkan verməyib. Matçın sonlarına yaxın isə Ağdam klubu baxımlı kombinasiya ilə yekun nöqtəni qoydu. 86-cı dəqiqədə sürətli hücum zamanı Z. Savo topu cərimə meydançasına qədər daşıyaraq əlverişli mövqedə olan Renaldo Sefasa ötürdü. Sonuncu isə fürsəti qaçırmayaraq matçın yekun hesabını müəyyənləşdirib – 3:0.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə baş tutacaq. «Qarabağ» bu inamlı qələbə sayəsində 2-ci təsnifat mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edib.

UEFA Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyun

«Qarabağ» (Azərbaycan) – «Vestri» (İslandiya) 3:0

Qollar: Z. Savo (30), A. Zubir (45+2), R. Sefas (86)

«Qarabağ»: Mateuş Koxalski, Bertse Varkonyi, Bədavi Hüseynov (Dani Bolt, 88), Mateus Silva, Bruno Lanqa (Elvin Cəfərquliyev, 65), Pedro Bikalyo, Marko Yankoviç (Samuel Lobato, 65), Kadi, Aleksey Kaşçuk (Cali Muaddib, 65), Abdulla Zubir (Renaldo Sefas, 79), Zakariya Savo.

«Vestri»: Marvin-Darri Steynarsson, Konstantin Çeşmedjiev, Edson, Elmar Qardarsson, Qudmundur Svavarsson (Q. Eynarsson, 57), Tibanq Kafu Fete, Qunnar Hauksson (B. Eydal, 77), Serjin Fall, Tordyur-Qyunnar Haftorsson (A. Merfelt, 57), İbrahima Balde (Y. Stensson, 26), Breki Hermannsson (Y. Selven, 77).

Baş hakim: Roman Jitar (Moldova)

Sarı vərəqə: Fall (2) Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02