“Qalatasaray” futbolçusu sosial media təqibinin qurbanı olub

14.05.26 | 14:47
Dünya futbolu

“Qalatasaray”ın uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyra İstanbulda gözlənilməz hücuma məruz qalıb. Hadisə ötən axşam Türkiyənin meqapolisindəki ticarət mərkəzlərindən birində baş verib.

Məlumata görə, futbolçu asudə vaxtını padel tennis oynayaraq keçirərkən Yusuf Y. adlı şəxs ona yaxınlaşaraq qəfil zərbə endirməyə cəhd edib. Münaqişənin böyüməsinin qarşısını isə Torreyrannın sürücüsü alıb. O, futbolçunu qorumaq məqsədilə hücum edən şəxsi vurub.

Hadisə yerindən taksi ilə qaçmağa çalışan şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə sövq edilib. Araşdırmalar zamanı məlum olub ki, Yusuf Y. əvvəllər də qəsdən sağlamlığa zərər vurma cinayətinə görə məsuliyyətə cəlb olunub.

Təcavüzkar ifadəsində hadisəni Lukas Torreyrannın sevgilisi İpek B. ilə əlaqəsinə görə törətdiyini etiraf edib. Yusuf Y.-nin həmin xanımla sosial şəbəkələrdə ünsiyyətdə olduğu və futbolçunun yerini onun paylaşımları vasitəsilə öyrəndiyini bildirilir.

Futbolçu hüquq-mühafizə orqanlarına İpek B. ilə münasibətdə olduğunu təsdiqləyib. Məlum olub ki, İpek B. daha əvvəl Yusuf Y.-yə qarşı məhkəməyə müraciət edib və həmin şəxsə xanıma yaxınlaşmaqla bağlı 45 günlük qadağa qoyulub.  Hazırda faktla bağlı araşdırmalar davam edir. 

Paylaş:

Xəbər Lenti

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53