“Qəbələ” “Qarabağ”la heç-heçə etdi

09.05.26 | 18:54

Premyer Liqanın 31-ci turu çərçivəsində “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edti. Mövsümün sonuna cəmi üç tur qalmış hər iki komanda üçün həlledici əhəmiyyət daşıyan matçda qalib müəyyənləşməyib – 1:1.

Oyunun ilk hissəsində təşəbbüsü ələ alan Ağdam təmsilçisi 29-cu dəqiqədə Kadinin dəqiq zərbəsi ilə hesabı açdıb. Lakin ikinci hissədə Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi “radarlar” xarakter nümayiş etdirərək oyuna dönüş edə bilib. 57-ci dəqiqədə İsmahil Akinade “Qəbələ”nin bərabərlik qoluna imza atdı.

Matçın kulminasiya nöqtəsi isə 79-cu dəqiqəyə təsadüf edti. “Qarabağ” yenidən önə keçmək üçün ideal şans qazansa da, Toral Bayramov penalti zərbəsindən yararlana bilmədi. “Qəbələ”nin kapitanı Səlahət Ağayev həlledici qurtarışla komandasını məğlubiyyətdən xilas edti.

Hazırda “Qarabağ” ən yaxın izləyicisi olan “Turan Tovuz”u 6 xal qabaqlayır. Qurban Qurbanovun yetirmələri bu matçda qələbə qazansaydı, Tovuz təmsilçisinin ehtimal olunan xal itkisi fonunda rəsmi olaraq mövsümün vitse-çempionu statusunu və Avropa Liqasının təsnifat mərhələsinə vəsiqəni təmin edə bilərdi. “Qəbələ” üçün isə qazanılan hər bir xal qızıl dəyərindədir. Turnir cədvəlində 11-ci sıradakı yerini qorumağa çalışan “radarlar” üçün aşağıdan gələn “Karvan-Yevlax” təhlükəsi kifayət qədər ciddidir. Tsxadadzenin kollektivi istək və əzmkarlıq baxımından müsbət təsir bağışlasa da, oyun planındakı boşluqlar hələ də komandanın tam potensialını açmasına mane olur. Güclü rəqibə qarşı xüsusi motivasiya “Qəbələ”yə bu matçda bir xal qazandırsa da, liqada qalmaq uğrunda mübarizə davam edir.

QƏBƏLƏ – QARABAĞ 1:1 (0:1)

Qollar: Kadi, 29 (0:1), Akinade, 57 (1:1)

Baş hakim: İnqilab Məmmədov.

“Qəbələ”: Səlahət Ağayev (kapitan), Nicat Əliyev, Eşqin Əhmədov, Ismahil Akinade, Seydina Keyta, Şahin Şahniyarov (Domi Massumo, 66), Adriel Ba Lua (Nuqay Rəşidov, 74), Xayme Syerra, İsaak Amoa, Prins Ovusu (Fərid İsgəndərov, 89), Edu Kunde (Murad Musayev, 66).

“Qarabağ”: Mateuş Koxalski, Bədavi Hüseynov (kapitan), Toral Bayramov, Abdulla Zubir, Kevin Medina, Marko Yankoviç, Mateus Silva, Leandro Andrade, Pedro Bikalyo, Kamilo Duran, Kadi.

Sarı vərəqələr: Duran, Əhmədov, 78. Rəşidov, 82. Akinade, 85.Qaçırılan penalty: Toral Bayramov (79, qapıçı).

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46