Qələbə var, mərhələ yox: “Neftçi” Bolqarıstanda qalib gəlsə də, avrokuboklarla vidalaşdı

30.07.26 | 23:48

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında “Neftçi” səfərdə (neytral meydanda) Belarusun “Dinamo” (Minsk) komandası ilə qarşılaşıb. İlk matçdakı məğlubiyyətin əvəzini çıxmağa çalışan flaqman minimal hesablı qələbə qazanıb, lakin bu nəticə mərhələ adlamaq üçün kifayət etməyib.

Bakıdakı uğursuz oyundan sonra baş məşqçi Yuriy Vernıdub heyətdə ciddi dəyişikliklərə əl atdı. Birinci matçda zəif təsir bağışlayan Mustafa Sek, İqor Ribeyro və Sessi D’Almeyda ehtiyatda saxlanıldı. Bu dəyişikliklər oyunun startında özünü doğrultdur. 12-ci dəqiqədə Breno Almeyda cərimə meydançası önündən baxımlı və dəqiq zərbə ilə hesabı açdı.

Qoldan sonra da “ağ-qaralar” meydanda daha fəal tərəf idi. Lakin topa nəzarət etmələrinə baxmayaraq, bakılılar rəqib qapısı qarşısında kəsərli qol epizodları yaratmaqda çətinlik çəkirdilər. Kapitan Emin Mahmudovun standart vəziyyətlərdən etdiyi ötürmələr də daxil olmaqla, hücumların yekunlaşdırılmasında dəqiqlik çatışmırdı.

Fasilədən sonra Vernıdub hücum xəttini canlandırmaq üçün Bassala Sambunu meydana buraxdı. Matçın sonlarına doğru təzyiqi artıran “Neftçi” ümumi hesabı bərabərləşdirməyə çox yaxın oldu. 77-ci dəqiqədə Breno Almeydanın təhlükəli cərimə zərbəsini Minsk klubunun qapıçısı çətinliklə dəf etdi. Matçın əlavə olunmuş 90+4-cü dəqiqəsində isə Falaye Sako birbaşa qırmızı kart alaraq komandasını azlıqda qoydu.

Minimal hesablı qələbəyə (1:0) baxmayaraq, iki oyunun nəticəsinə əsasən 3:4 hesabı ilə geridə qalan “Neftçi” UEFA Konfrans Liqasındakı mübarizəsini dayandırdı. “Dinamo” isə III təsnifat mərhələsinə vəsiqə qazandı.

UEFA Konfrans Liqası, II təsnifat mərhələsi, cavab oyunu

“Dinamo” (Minsk, Belarus) – “Neftçi” (Bakı, Azərbaycan) 0:1

İlk oyun – 4:2

29 iyul. Stara Zaqora (Bolqarıstan), “Beroe” stadionu

Baş hakim: Tim Marşall (Şimali İrlandiya)

“Dinamo”: Şimakoviç, Qurban (Şvetsov, 83), İvanov, Kalinin, Ture, Selyava (Jeçko, 67), Sokolovski, Abdullahi, Djime (Alıkulov, 83), Vardanyan (Qvet, 67), Malaşeviç (Bequnov, 90+1)

“Neftçi”: Balayev, Sako, Qraviyon, Xaçayev, Abbasov, Klisman, Metyu (D’Almeyda, 74), Mahmudov (Ribeyro, 86), Breno Almeyda (Səfərov, 74), Tupta (Sambu, 58), Fərəc

Qol: Breno Almeyda, 12.

Sarı vərəqələr: Sokolovski, 24; Qraviyon, 30; Qvet, 88

Qırmızı vərəqə: Sako, 90+4

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02