“Qəbələ” klubunda baş məşqçi ayrılığı gerçəkləşib. Bölgə təmsilçisi gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze ilə əməkdaşlığa son qoyub.
Klubun rəsmi məlumatına görə, təcrübəli çalışdırıcı ilə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Kaxaber Tsxadadze ilə yanaşı, onun məşqçilər korpusunda yer alan köməkçisi Georgi Çixradze ilə də yollar ayrılıb.