Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58
Ölkə futbolu

“Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç Çempionlar Liqasının liqa mərhələsində “Mançester Yunayted”ə qarşı keçirdikləri matçla (0:4) bağlı fikirlərini bölüşüb. O, Polşanın “Canal+” telekanalına açıqlamasında komandasının çıxışını real qiymətləndirib və baş məşqçi Valdas Dambrauskas barədə diqqətçəkən fikirlər səsləndirib.

“Sabah” üçün Çempionlar Liqasının əsas mərhələsindəki debüt oyunu uğursuz nəticələnib. Azərbaycan çempionu İngiltərə nəhənginə böyük hesabla məğlub olsa da, Puxaç fərdi çıxışı ilə seçilib. Polşalı futbolçunun oyunu “Flashscore” tərəfindən 6,8 balla qiymətləndirilib ki, bu da komandada üçüncü ən yüksək göstəricidir.

Puxaç qarşılaşmada komandalar arasındakı böyük səviyyə fərqinin açıq şəkildə hiss olunduğunu bildirib: “Fərq hədsiz dərəcədə böyük idi. Güman edirəm ki, onların ən ucuz futbolçusunun transfer dəyəri bizim bütün heyətimizin ümumi qiymətinə bərabərdir. Bəzən sizə oynamağa imkan verirlər. Amma bir anlıq diqqətin yayınır, kimsə səhvə yol verir və Bruno Fernandeş bunu dərhal görərək xətlər arasına ötürmə edir. Bundan sonra isə topu öz qapından çıxarmalı olursan. Etiraf etmək lazımdır ki, bu səviyyə bizim üçün hələ çox yüksəkdir. Bu, oyunda açıq-aydın görünürdü”.

Polşalı müdafiəçi Velko Simiç istisna olmaqla, heyətdəki digər futbolçuların Çempionlar Liqasında debüt etdiyini xatırladaraq, məğlubiyyətdən düzgün nəticə çıxaracaqlarına inandığını söyləyib: “‘Mançester Yunayted’lə oyun bizim üçün böyük dərs oldu. Baş məşqçimiz kifayət qədər ağıllıdır. Heyətimizdə də yaxşı və intellektual futbolçular var. İnanıram ki, bu məğlubiyyətdən düzgün nəticə çıxaracağıq və bu mövsüm qələbələr uğrunda mübarizə aparacağıq”.

Puxaç daha sonra Dambrauskasın oyun fəlsəfəsini xüsusi vurğulayıb və litvalı mütəxəssisin gələcəkdə böyük uğurlar qazanacağına inamını ifadə edib: “Möhtəşəm baş məşqçimiz var. Onun məşqlərini, futbolla bağlı ideyalarını görürəm və buna görə də onu çox yüksək qiymətləndirirəm. Dambrauskasla qürur duyuram. O, ‘Mançester Yunayted’ə qarşı beş müdafiəçi ilə qapanaraq oynamadı. Biz meydana çıxıb öz futbolumuzu oynamağa çalışdıq. Ümid edirəm ki, bu cəsarətli addımlar onun böyük futboldakı karyerasının sadəcə başlanğıcıdır. Mənə elə gəlir ki, o, gələcəkdə futbol dünyasında hər şeyi alt-üst edəcək. Dambrauskasın inanılmaz biliyi, futbola böyük ehtirası var və o, sadəcə möhtəşəm insandır”.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02