Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir. Turun ikinci oyun günündə azarkeşlər daha iki maraqlı qarşılaşmaya şahidlik edəcəklər. İlk olaraq Qərb derbisində “Kəpəz” öz meydanında “Qəbələ”ni qəbul edəcək, günün növbəti matçında isə “Sumqayıt” “Şamaxı” ilə üz-üzə gələcək.
12 sentyabr
17:30 “Kəpəz” – “Qəbələ”
Baş hakim: Tural Qurbanov
Gəncə Şəhər stadionu
19:45 “Sumqayıt” – “Şamaxı”
Baş hakim: Əli Əliyev
Sumqayıt, “SOKAR Polimer Arena”
Turun digər matçları qarşıdakı günlərdə keçiriləcək:
13 sentyabr
16:30 “Araz-Naxçıvan” – “Turan-Tovuz”
Baş hakim: Elçin Məsiyev
Şamaxı Şəhər stadionu
19:00 “Zirə” – “Qarabağ”
Baş hakim: Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu
14 sentyabr
19:00 “Şəfa” – “Sabah”
Baş hakim: Nicat İsmayıllı
Sumqayıt, “SOKAR Polimer Arena”
Xatırladaq ki, turun açılış matçında “Neftçi” səfərdə “İmişli”yə 3:2 hesabı ilə qalib gələrək xallarını 12-yə çatdırıb və turnir cədvəlində liderliyini möhkəmləndirib.
Turnir cədvəli
| № | Komanda | O | Q | H | M | T/F | X |
| 1 | Neftçi | 5 | 4 | 0 | 1 | 15-5 | 12 |
| 2 | Sabah | 3 | 3 | 0 | 0 | 8-0 | 9 |
| 3 | Qarabağ | 3 | 3 | 0 | 0 | 7-3 | 9 |
| 4 | Zirə | 4 | 3 | 0 | 1 | 6-6 | 9 |
| 5 | Turan-Tovuz | 4 | 2 | 1 | 1 | 3-2 | 7 |
| 6 | Şamaxı | 4 | 1 | 2 | 1 | 5-4 | 5 |
| 7 | Qəbələ | 4 | 1 | 1 | 2 | 2-3 | 4 |
| 8 | İmişli | 4 | 1 | 1 | 2 | 4-6 | 4 |
| 9 | Kəpəz | 3 | 1 | 0 | 2 | 2-6 | 3 |
| 10 | Şəfa | 4 | 1 | 0 | 3 | 2-7 | 3 |
| 11 | Araz-Naxçıvan | 4 | 0 | 1 | 3 | 2-9 | 1 |
| 12 | Sumqayıt | 3 | 0 | 0 | 3 | 2-6 | 0 |
Bombardirlər:
Breno Almeyda (“Neftçi”) – 6 qol
Coy-Lans Mikkels (“Sabah”) – 4 qol