Platini sükutu pozdu: “Məndən qorxdular, çünki ciblərinə girəcəkdim”

15.01.26 | 23:35
Dünya futbolu

UEFA-nın sabiq prezidenti Mişel Platini, uzun illər davam edən korrupsiya araşdırmaları və yekun bəraət qərarından sonra ilk dəfə geniş açıqlama verib. Futbol dünyasının canlı əfsanəsi, illərdir davam edən hüquqi mübarizəsini bir idman xadiminə qarşı qurulmuş “siyasi qəsd” kimi qiymətləndirib.

Xatırladaq ki, Mişel Platini və FİFA-nın sabiq prezidenti Yozef Blatter dələduzluq, vəsaitlərin mənimsənilməsi və sənəd saxtakarlığında ittiham olunurdular. Prokurorluq, 2011-ci ildə baş tutan 2 milyon İsveçrə frankı məbləğindəki ödənişin qanunsuz olduğunu iddia edirdi.

7 illik araşdırmadan sonra 2022-ci ildə İsveçrə məhkəməsi tərəfindən bəraət alan rəsmilər haqqında prokurorluq yenidən şikayət vermişdi. Lakin 2025-ci ildə İsveçrə Cinayət Məhkəməsinin Apellyasiya Palatası ittihamları qəti olaraq rədd edərək hər iki şəxsə bəraət verdi.

“FIFA prezidentliyi mənim taleyim idi

Platini, futbolun romantik ruhu ilə böyük biznes maraqlarının toqquşduğunu qeyd edərək karyerasının necə hədəf alındığını izah edib:”Mənim taleyim FİFA prezidenti olmaq idi, lakin bəzi qüvvələr bunun qarşısını kəsdi. Futboldan uzaqlaşdırılmağım böyük bir ədalətsizlik və tamamilə siyasi oyun idi. Bir qrup insan mənim karyeramı məhv etməyə, simvolik olaraq məni öldürməyə qərar vermişdi“.

“Məni sistem üçün təhlükə gördülər

Sabiq prezident administrasiyada kök salmış insanların dəyişiklikdən qorxduğunu vurğulayıb: “Mənim tanımadığım bəzi rəhbərlər yeni bir başçının gəlməsini istəmirdilər. Onlar bu sistemdən çoxlu pul qazanırdılar və mən onlara mane olacaq biri kimi görünürdüm. Dəyişiklik edəcəyimdən və onların qazancına toxunacağımdan qorxdular”.

Ailə və çəkilən çətinliklər

Son 10 ilin həm özü, həm də ailəsi üçün ağır keçdiyini bildirən Platini, mənəvi dözümlülüyünü belə ifadə edib: “Ailəm hər gün qəzetlərdə haqqımda yazılan xəbərləri oxuyurdu. Lakin mən məhkəmənin son qərarından heç vaxt narahat olmadım. Çünki günahsız olduğumu bilirdim və ədalətin sonda qalib gələcəyinə əmin idim”.

Canni İnfantino haqqında

FİFA-nın hazırkı prezidenti haqqında danışan Platini, İnfantinonun roluna da toxunub: “İnfantino bu işin əsas təşkilatçılarından olmasa da, yaranmış vəziyyətdən məharətlə yararlandı. O, əslində UEFA prezidenti olmaq istəyirdi, bu da məni bir növ FİFA-ya keçməyə sövq etdi”.

Paylaş:

Xəbər Lenti

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23