Pep Qvardiola «Etihad»da əbədiləşir: Stadionun yanında heykəli ucaldılacaq

23.05.26 | 17:25
Dünya futbolu

«Heç nə əbədi deyil» – Pep Qvardiola İngiltərəni sarsıdan qərarını bu ifadə ilə açıqladı. 55 yaşlı mütəxəssis cari mövsümün bitməsi ilə «Mançester Siti»dəki baş məşqçilik missiyasını başa vurur. 2016-cı ildən rəhbərlik etdiyi «şəhərlilər» ilə 10 illik bir əfsanəvi yolçuluğu geridə qoyan Qvardiola, adını klub tarixinə ən uğurlu məşqçisi kimi yazdırıb. Onun rəhbərliyi altında komanda 20 böyük titul qazanıb.

Ayrılıq qərarını şərh edən ispaniyalı mütəxəssis emosional məqamlara toxunub: «Bərabər keçirdiyimiz zaman çox gözəl idi. Nə üçün getdiyimi soruşmayın, konkret bir səbəb yoxdur, sadəcə daxilimdə zamanın çatdığını hiss edirəm. Heç nə əbədi deyil, əgər belə olsaydı, burada qalmağa davam edərdim. «Mançester Siti»yə, buradakı insanlara olan sevgim və xatirələrim isə sonsuza qədər mənimlə qalacaq».

Klub rəhbərliyi Qvardiolanın xidmətlərini yüksək qiymətləndirərək ona əbədi ehtiram göstərməyə hazırlaşır. İspaniyalı mütəxəssisin şərəfinə «Etihad» stadionunun yaxınlığında abidəsi ucaldılacaq, həmçinin stadionun şimal tribunasına «Pep Qvardiola Tribunası» adı veriləcək.

Klubun sahibi Şeyx Mənsur verdiyi açıqlamada Qvardiolanın klub üçün əhəmiyyətini belə vurğulayıb: «Hər zaman demişəm ki, «Mançester Siti» həm meydanda, həm də meydandan kənarda ən yaxşı mütəxəssislərlə çalışmalıdır. Pep düz on il bu xəyalın təcəssümü oldu».

Qvardiolanın rəhbərliyi altında «Mançester Siti» Avropa futbolunun hegemonuna çevrilərək, sözün əsl mənasında qızıl dövrünü yaşayıb: komanda bu müddət ərzində 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə İngiltərə Kubokunun qalibi olub, həmçinin uzun illərdir həsrətində olduğu UEFA Çempionlar Liqası kubokunu qazanıb.

«Arsenal»ın çempionluğu ilə bitən mövsümdə «Mançester Siti» turnir cədvəlini ikinci pillədə tamamlayır. Bazar günü «Etihad»da «Aston Villa» ilə keçiriləcək qarşılaşma isə Pep Qvardiolanın komanda ilə son rəsmi matçı kimi tarixə düşəcək.

Klubun rəsmi saytında yayımlanan məlumata görə, Qvardiola «Mançester Siti» ilə bağını tam qoparmayacaq. O, «City Football Group» strukturunda qlobal səfir vəzifəsini icra edəcək və klubun beynəlxalq layihələri ilə bağlı məsləhətçi qismində fəaliyyət göstərəcək.

«Barselona» və «Bavariya» kimi dünya nəhənglərini çalışdırdıqdan sonra «Etihad»da özünəməxsus bir iz qoyan Qvardiolanın növbəti addımları futbol dünyası tərəfindən maraqla gözlənilir.

Paylaş:

Xəbər Lenti

19 yaşlı istedad Lionel Messinin 20 illik rekordunu qırdı!

13.09.26 | 02:49

Yarımçıq qalmış final: “Şapekoense” qəzadan 10 il sonra yenidən “Atletiko Nasyonal”la qarşılaşacaq

13.09.26 | 02:30

Boksçu yox, məşqçi: Fernando Torresin inanılmaz zərbəsi və yeni rekordu

13.09.26 | 01:47

Maşını aşdı, özü möcüzəvi şəkildə sağ qaldı: 24 saat sonra “Çelsi”yə qarşı oynadı

13.09.26 | 01:58

Premyer Liqada mərkəzi oyun günü: “Qarabağ” “Zirə” sınağında!

13.09.26 | 01:54

Meydan yetmədi, indi klublar döyüşəcək: Messi və Ronaldodan yeni qarşıdurma

13.09.26 | 00:31

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49

Filipe Kandidu: “Bir xala layiq deyildik, komandada inkişaf var”

12.09.26 | 23:47

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10