Otel otağında gizlənən həqiqət: Mourinyo niyə evə köçmürdü?

15.01.26 | 12:02
Dünya futbolu

Onun oteldə qalmasına futbol yox, gizli sevgilisi səbəb olub

Tanınmış idman şərhçisi İbrahim Seten, “Fənərbaxça”dan ayrılan portuqaliyalı mütəxəssis Joze Mourinyo haqqında səs-küyə səbəb olacaq iddialar irəli sürüb. Seten, Mourinyonun İstanbuldakı “Four Seasons” otelində yaşamasını onun şəxsi həyatı ilə əlaqələndirərək, klubun bu yaşayış üçün ödədiyi məbləğlə bağlı müxtəlif rəqəmlər səsləndirib.

İbrahim Setenin sözlərinə görə, Mourinyonun evdə deyil, məhz oteldə qalmağa üstünlük verməsinin pərdəarxası səbəbi onun “əcnəbi sevgilisinin olmasıdır”. Şərhçi iddia edir ki, təcrübəli məşqçi görüşlərini daha rahat və gizli şəkildə həyata keçirmək üçün otel şəraitini seçib. Mourinyonun otel xərcləri barədə danışan Seten, maliyyə tərəfi ilə bağlı bir-birindən fərqli rəqəmlər qeyd edib.

Setenin ilkin iddiasına görə, otel xərclərinin ümumi məbləği 1.5 milyon avro təşkil edib. Ancaq “Fənərbaxça” rəhbərliyinin bu məbləği 600 min avro olduğunu bildirib. Şərhçi daha sonra otel xərclərinin kluba illik 1 milyon avroya başa gəldiyini vurğulayıb.İbrahim Seten səsləndirdiyi bu iddiaları “dünya miqyaslı bir xəbər” kimi xarakterizə edib. Onun bu açıqlamaları sosial mediada qısa zamanda gündəmə çevrilsə də, hələlik nə Joze Mourinyo, nə də “Fənərbaxça” klubu tərəfindən rəsmi bir təsdiq və ya təkzib gəlməyib. Hazırda bu fikirlər yalnız Setenin şəxsi iddiaları olaraq qalır.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27