“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06
Ölkə futbolu

Premyer Liqada 5-ci turun ilk oyunu keçirilib. “İmişli” doğma meydanda “Neftçi”ni qəbul edib. Görüş Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Neftçi” oyuna fəal başlayıb və 12-ci dəqiqədə hesabı açıb. Vikasın dəqiq zərbəsi qonaqları önə keçirib. “Neçəftçi” 28-ci dəqiqədə fərqi iki topa çatdırıb. Bu dəfə Bruno Almeyda adını tabloya yazdırıb.

Lakin “İmişli” cəmi iki dəqiqə sonra cavab qolunu vurub. Bəxtiyar Həsənalızadə 30-cu dəqiqədə fərqi minimuma endirib.

İlk hissənin sonlarında meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Hakimin əsas vaxta əlavə etdiyi 7-ci dəqiqədə təyin olunan penaltini Azər Salahlı dəqiq yerinə yetirib.

İkinci hissədə tərəflər daha ehtiyatlı oynayıblar. Hər iki komanda qələbə qolunu vurmaq üçün imkanlar axtarsa da, uzun müddət hesab dəyişməyib.  80-ci dəqiqədə “Neftçi” istəyinə çatıb. Qustavo Klismanın zərbəsi qonaqlara üstünlük qazandırıb.

Qalan dəqiqələrdə “İmişli” hesabı yenidən bərabərləşdirə bilməyib və qarşılaşma “Neftçi”nin qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Neftçi” 5-ci turda 3 xal qazanaraq aktivini 12 xala çatdırıb və turnir cədvəlinin zirvəsinə yüksəlib. “İmişli” isə 4 xalla 8-ci pillədə qalıb.

İmişli – Neftçi 2:3 (2:2)

Vargas, 12 (0:1), B. Almeyda, 28 (0:2), Həsənalızadə, 30 (1:2), Salahlı, 45+7-pen. (2:2), Klisman, 80 (2:3)

Baş hakim: Kamranbəy Rəhimov.

İmişli: Sadiq Məmmədzadə, Bəxtiyar Həsənalızadə, Azər Salahlı (k), Fərid Nəbiyev (DiOqu Kardozu, 76), İdris İngilablı, Əkbər Eyyubov (Rafaell Viyeqas, 65), Yau Mozes, Dioqu Almeyda, Dioqu Rollo, Juninyo, Deku (Seyxan Fərəcov, 46).

Neftçi: Emil Balayev, Emin Mahmudov (k) (Qustavo Klisman, 56), Murad Xaçayev, Rüfət Abbasov, Falaye Sako, İfeanyi Metyu (Vitsko Şevel, 79), Endryu Qravilyon, Lyubomir Tupta (Draqolyub Saviç, 56), Breno Almeyda (Denzel Jubitana, 79), Freddi Vargas (Adeleke Akinyemi, 61), Alen Şkribek.

Sarı vərəqələr: Klisman, İngilablı.

Yevlax, Şəhər stadionu.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02