Misirin baş məşqçisindən şok iddia: “Messini turnirdə saxlamaq istəyirlər”

08.07.26 | 07:09
Dünya futbolu

Dünya çempionatının 1/8 finalında Argentinaya qarşı 2:0 önə keçməsinə baxmayaraq, son dəqiqələrdə buraxılan qollarla 2:3 hesablı məğlub olan Misir millisinində sular durulmur. Şimali afrikalıların baş məşqçisi Hossam Hassan matçdan sonra keçirilən mətbuat konfransında FİFA-nı və hakimliyi hədəf alan çox sərt və qalmaqallı bəyanatlarla çıxış edib.

Sonucdan qorxmadığını bildirən Hassan, qarşılaşmanın əvvəlcədən planlaşdırıldığını iddia edib: “Nəticəsi nə olursa-olsun, düşündüklərimi açıq şəkildə deyəcəyəm. Bu, açıq-aşkar ssenarisi əvvəlcədən qurulmuş bir oyun idi və bütün dünya bunu canlı izlədi. Sizə bir söz deyim: əgər Argentinanın dünya çempionu olmasını bu qədər çox istəyirlərsə, onda digər komandaları bu turnirə ümumiyyətlə niyə dəvət edirlər?!”

Təcrübəli mütəxəssis iddialarını daha da böyüdərək, futbolun pərdəarxası maraqlara qurban verildiyini və komandasına qarşı böyük ədalətsizlik edildiyini vurğulayıb. Bu turnirdə hər şeyin gəlirlərə və pula söykəndiyini iddia edən Hossam Hassan, yeganə məqsədin Lionel Messini nəyin bahasına olursa-olsun turnirdə saxlamaq olduğunu bildirib. Baş məşqçi, təəssüf ki, futbolda şəxsi və korporativ maraqlara görə yaşıl meydandan kənarda çox şeylərin idarə olunduğunu diqqətə çatdıraraq, həmin qarşılaşmada şahidi olduqlarının tam bir ədalətsizlik nümunəsi olduğunu qeyd edib.

Paylaş:

Xəbər Lenti

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23