Millimizin hücumçuları avrokuboklarda qələbələrə töhfə veriblər

24.07.26 | 02:40
Ölkə futbolu

Millinin hücumçuları Mahir Emreli və Vüsal İsgəndərli UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarında komandalarının qələbələrində pay sahibi olublar.

Polşanın “Rakov” klubunda çıxış edən Mahir Emreli “Kayzerslautern”dən icarəyə götürüldükdən sonra ilk rəsmi oyununa start heyətində başlayıb. Baş məşqçinin etimadını doğruldan hücumçu matç ərzində fəallığı ilə seçilib. Fasilədən dərhal sonra cərimə meydançasında müdafiəçini ustalıqla keçən Emreli yaxın məsafədən dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Millimizin üzvü 82-ci dəqiqədə, hesab 2:1 “Rakov”un xeyrinə olarkən əvəzlənib. Qarşılaşma Polşa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kosovo təmsilçisi “Malişeva”nın formasını geyinən Vüsal İsgəndərli isə Şotlandiyanın “Hibernian” klubuna qarşı oyuna start heyətində çıxıb. O, hesab 1:0 “Malişeva”nın xeyrinə olarkən 72-ci dəqiqədə əvəzlənib. Qarşılaşma Kosovo klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, hər iki hücumçumuz komandalarının Konfrans Liqasında vacib qələbə qazanmasına töhfə verərək cavab görüşləri öncəsi üstünlük əldə etmələrində rol oynayıb.

UEFA Konfrans liqası. 2-ci təsnifat mərhələsi, ilk oyunlar

Çempionlar yolu

Floriana (Malta) – Drita (Kosovo) 1:1

Attert (Lüksemburq) – Dyor (Macarıstan) 2:6

Vardar (Şimali Makedoniya) – Riqa FK (Latviya) 2:3

Höteborq (İsveç) – Levadiya (Estoniya) 1:2

Flora (Estoniya) – TNS (Uels) 1:0

ML Vitebsk (Belarus) – Sutyeska (Monteneqro) 3:0

Borats (Bosniya və Hersoqovina) – Petrokub (Moldova) 3:0

Əsas yol

Neftçi (Azərbaycan) – Dinamo Minsk (Belarus) 2:4

Bohemians (İrlandiya) – Balkanı (Kosovo) 2:1

Başakşəhər (Türkiyə) – İnter Turku (Finlandiya) 1:1

Spartak Trnava (Slovakiya) – ÇSKA 1948 (Bolqarıstan) 0:0

HİK (Finlandiya) – Kolreyn (Şimali İrlandiya) 5:0

AEK Laranka (Kipr) – Beytar (İsrail) 0:1

Alyuminiy (Sloveniya) – Dinamo Tirana (Albaniya) 1:1

BATE (Belarus) – Syon (İsveçrə) 1:1

Jelezniçar (Serbiya) – Braqa (Portuqaliya) 0:1

Bravo (Sloveniya) – Şkendiya 79 (Şimali Makedoniya) 2:1

Vaduts (Lixtenşteyn) – Atletik Eskaldes (Andorra) 4:0

Valyur (İslandiya) – Zrinjski (Bosniya və Hersoqovina) 1:0

Voyvodina (Serbiya) – Ayaks (Niderland) 1:4

QAİS (İsveç) – Norşellann (Danimarka) 1:0

Dila (Gürcüstan) – Apollon (Kipr) 0:4

Debretsen (Macarıstan) – Pünik (Ermənistan) 1:0

Dinamo Tibilisi (Gürcüstan) – Jalgiris (Litva) 3:0

DAK (Slovakiya) – Velej (Bosniya və Hersoqovina) 1:0

Alaşkert (Ermənistan) – ÇFR Kluj (Rumıniya) 1:1

Jilina (Slovakiya) – QKS (Polşa) 2:1

Zimbru (Moldova) – Noa (Ermənistan) 1:1

Liepaya (Latviya) – Austriya Vyana (Avstriya) 0:2

LNZ Çerkassı (Ukrayna) – Gent (Belçika) 0:0

Luqano (İsveçrə) – Dukadjini (Kosovo) 1:0

Malişevo (Kosovo) – Hibernian (Şotlandiya) 2:0

Motervell (Şotlandiya) – HB Torşavn (Farer) 2:0

Payde (Estoniya) – Zirə (Azərbaycan) 1:0

Paks (Macarıstan) – Panatinaikos (Yunanıstan) 1:2

Panevejis (Litva) – Tobol (Qazaxıstan) 1:1

Polissya (Ukrayna) – Kopenhagen (Danimarka) 3:3

Rakov (Polşa) – Valletta (Malta) 3:1

Riyeka (Xorvatiya) – Derri (Şimali İrlandiya) 1:0

RFM (Latviya) – Vestri (İslandiya) 4:1

Santa Koloma (Andorra) – Rapid (Avstriya) 1:3

Styarnan (İslandiya) – İlves (Finlandiya) 1:0

Universitatya Kluj (Rumıniya) – Bran (Norveç) 2:2

FCSB (Rumıniya) – Auda (Latviya) 2:3

Hapoel Təl-Əviv (İsrail) – Ludoqorets (Bolqarıstan) 2:0

Şelburn (İrlandiya) – Nımme Kalyu (Estoniya) 5:2

Varajdin (Xorvatiya) – Yablonets (Çexiya) 3:2

Runavik (Farer) – Koper (Sloveniya) 0:2

Partizan (Serbiya) – UNA Ştrassen (Lüksemburq) 4:0 Cavab oyunları iyulun 28-30-da keçiriləcək

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02