Çempionlar Liasındakı tarixi mövsümünə doğma meydanda “Leyptsiq” üzərində qazanılmış 4:1 hesablı parlaq qələbə ilə başlayan “Komo” turnirə ideal start verib. Matçdan sonra ispan hücumçu Assane Diao “Sky” kanalına açıqlama verərək klubun və şəxsən özünün xəyal kimi debütü barədə təəssüratlarını bölüşüb. Diao yarışa bundan daha yaxşı başlamağın çətin olduğunu vurğulayıb: “Çempionlar Liqasının açılış matçında qələbə qazanmaq – bundan yaxşı başlanğıc ola bilməzdi. Azarkeşlərimizin önündə qalib gəldiyimiz üçün çox xoşbəxtəm”.
Futbolçu üçün ən emosional anlardan biri meydanda ÇL-in himnini dinləmək olub: “Bu, hər bir oğlan uşağının arzusudur. Bütün həyatım boyu Çempionlar Liqası matçlarını televizorda izləmişəm. “Genuya” ilə oyundan sonra fasiləsiz olaraq o musiqi haqqında düşünürdüm və bu gün bu hissi yaşamaq əsl möcüzə idi”.
Sonda o, bu arzuları bölüşən gənclərə də mesaj göndərib: “Hər kəs arzulamağı bacarmalıdır, çünki həyatın ən gözəl tərəfi elə budur. Bu gün mənim xəyalım reallığa çevrildi”.