İspaniya kralı VI Felipe və kral ailəsi ABŞ-dan vətənə qayıdan millini Sarsuela sarayında qəbul edib.
Kral VI Felipe turnirin 48 komandanın iştirakı ilə yeni formatda keçirildiyini xatırladaraq, bu çempionluğun tarixi önəmini vurğulayıb. O, finalda Argentina üzərində əlavə vaxtda qazanılan 1:0 hesablı qələbəni “əzablı, lakin möhtəşəm bir odisseya” adlandırıb. Futbolçulara xitabən müraciət edən monarx, “Yorulmusunuz, lakin bu, necə də gözəl bir yorğunluqdur, elə deyilmi?” deyə bildirib. Kral həmçinin baş məşqçi Luis de la Fuente və onun qərargahına təşəkkür edib.
Daha sonra Baş nazir Pedro Sançeslə görüşən çempionlar Madriddə izdihamla qarşılanıb. Küçələrə axışan bir milyondan çox azarkeş səbəbindən komandanın avtobusu bayram tədbirinin keçiriləcəyi Sibeles meydanına gecikmə ilə çatıb.
Meydana toplaşan fanatlar arasında turnirin hakimliyindən və FİFA-nın Argentinaya üstünlük verdiyini iddia edərək rəhbərliyi tənqid edən, “İnfantino, istefa ver!” şüarları səsləndirənlər də olub. Gecəyarıyadək davam edəcək böyük konsert proqramında komanda üzvləri ilə yanaşı Ana Mena, Lola İndigo, Aitana kimi tanınmış musiqiçilər səhnə alıb.