Füzuli Məmmədov: “Şansımız varsa, son ana qədər mübarizə aparacağıq”

05.05.26 | 23:15
Ölkə futbolu

Premyer Liqanın 30-cu turu çərçivəsində doğma meydanda “Neftçi”ni qəbul edən “Karvan-Yevlax” rəqibinə 0:3 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandıraraq oyunla bağlı fikirlərini bölüşüb.

Baş məşqçi ilk növbədə matçın ümumi mənzərəsini dəyərləndirib və komandasının hazırlıq səviyyəsinə toxunub: “Oyun barədə çox danışmağa lüzum görmürəm. Bu matça ciddi hazırlaşmışdıq və azarkeşlərimiz önündə daha yaxşı çıxış edəcəyimizi düşünürdük. İlk qola qədər komanda müəyyən etdiyimiz plan üzrə hərəkət edirdi. Lakin buraxdığımız qol, xüsusən də müdafiədəki mövqe səhvi futbolçulara mənfi təsir göstərdi”.

Jurnalistlərin komandanın oyunundakı enişlə bağlı sualına Məmmədov belə aydınlıq gətirib: “Düşünmürəm ki, birinci qol bizi tamamilə sındırdı. Əsas qırılma nöqtəsi birinci hissənin sonlarında gələn ikinci top oldu. Rəqibin bu qədər rahat fərqlənəcəyini gözləmirdik. İkinci qoldan sonra oyunumuzda aşkar düşüş yaşandı. Hesab 0:2 olandan sonra geridönüş etmək çox çətin idi. Bu, futbolun psixoloji tərəfidir”.

Turnir cədvəlindəki vəziyyəti və əsas rəqibləri olan “Qəbələ” ilə müqayisəni şərh edən mütəxəssis ümidini itirmədiyini bildirib: “Həm “Qəbələ” üçün, həm də bizim üçün qarşıdakı oyunlar çətindir. Hazırda aramızda 6 xallıq fərq var. Rəqibi öz meydanımızda qəbul edəcəyik. Bu xal fərqini aradan qaldırmaq üçün hər oyuna final kimi hazırlaşacağıq. Şansımız varsa, son ana qədər mübarizəni davam etdirəcəyik”.Son turlarda eyni hədəf uğrunda yarışan komandaların oyun saatlarının fərqli olmasına da toxunan baş məşqçi, bunun bərpa prosesinə təsir etdiyini vurğulayıb: “Bəli, biz rəqiblə müqayisədə daha az istirahət edəcəyik. Amma təqvim belə qurulub və buna uyğunlaşmalıyıq. Bütün planlarımızı mövcud qrafikə əsasən qurub, növbəti matçlara hazırlaşacağıq”.

Paylaş:

Xəbər Lenti

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06