FİFA-dan qalmaqallı qərar: ABŞ millisinin hücumçusu cəzadan qurtuldu – Ağ Ev və Donald Tramp pərdəarxasında?

06.07.26 | 00:23
Dünya futbolu

FİFA ABŞ-da keçirilən dünya çempionatında böyük qalmaqala və geniş müzakirələrə səbəb olacaq növbəti qərarına imza atıb. ABŞ yığmasının hücumçusu Folarin Baloqun, Bosniya və Herseqovina ilə oyunda birbaşa qırmızı vərəqə almasına baxmayaraq, Belçikaya qarşı 1/8 final matçında meydana çıxacaq.

Ali futbol qurumu amerikalı forvardın bir oyunluq diskvalifikasiyasını 1 il müddətinə şərti olaraq təxirə salıb. Əgər Baloqun bu sınaq müddətində analoji kobudluğa yol verərsə, cəza qüvvəyə minəcək. Futbol ictimaiyyəti və azarkeşlər sosial şəbəkələrdə bu qərarı sərt tənqid edərək, FİFA-nı turnirin ev sahibini açıq şəkildə qorumaqda və lobbiçilik fəaliyyətində ittiham ediblər. Ekspertlərin və idman mütəxəssislərinin bu qərara reaksiyası kəskin və mənfidir. Belə ki, Baloqunun həmin epizodda rəqibinə qarşı qəsdən etdiyi və təsadüfi olmayan kobudluq birmənalı olaraq ağır zədəyə yol aça bilərdi. Belə bir aşkar qayda pozuntusunun cəzasız qalması idman prinsiplərinə kölgə salır.

Məlum qərardan dərhal sonra mətbuatda şok iddialar yayılmağa başlayıb. Tanınmış insayder Ben Ceykobsun məlumatına görə, Baloqun barəsindəki qərarın yenidən nəzərdən keçirilməsi birbaşa ABŞ Prezidenti Donald Tramp administrasiyasının xahişi ilə baş tutub. Hətta Tramp özü də sosial şəbəkə hesabında paylaşım edərək, milli komanda üçün çıxarılan bu optimal “hökmə” görə FİFA-ya açıq şəkildə təşəkkür edib.

FİFA isə İntizam Komitəsinin tam müstəqil fəaliyyət göstərdiyini və qurumun nizamnaməsinin 27-ci maddəsinə əsasən cəzanın şərti olaraq təxirə salınması hüququna malik olduğunu bildirərək siyasi təzyiq iddialarını rədd edir. Bununla belə, Ağ Evin və Trampın birbaşa dövrəyə girməsi ABŞ-ın turnirin ev sahibi kimi dünya futbolundakı pərdəarxası təsir gücündən istifadə etdiyini və aşkar lobbiçilik baiskarı olduğunu bir daha təsdiqləyir.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02