Emin Mahmudov “nöqtəni” qoydu, “Neftçi” qələbəni bayram etdi

16.03.26 | 00:41

Premyer Liqada 25-ci tura Qəbələdə yekun vurulub. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Neftçi” çətin səfər oyunundan qələbə ilə ayrılmağı bacarıb.

Matçın startı meydan sahibləri üçün uğurlu alınıb. Oyunun 20-ci dəqiqəsində Keyta penaltini dəqiq yerinə yetirərək “Qəbələ”ni önə keçirib. Lakin “ağ-qaralar”ın cavabı gecikməyib, cəmi 2 dəqiqə sonra Sambu tarazlığı bərpa edib.

İkinci hissədə təşəbbüsü tam ələ alan Bakı təmsilçisi 69-cu dəqiqədə kapitan Emin Mahmudovun penalti qolu ilə önə keçib. Matçın nöqtəsini isə 77-ci dəqiqədə meydana sonradan daxil olan Murad Məmmədov qoyub. Beləliklə, “Neftçi” 3:1 hesablı inamlı qələbə qazanaraq turnir cədvəlindəki mövqeyini möhkəmləndirib.

QƏBƏLƏ – NEFTÇİ 1:3 (1:1)

Qollar: 1:0 – Keyta, 20-penalti. 1:1 – Sambu, 22. 1:2 – Mahmudov, 69-penalti. 1:3 – Məmmədov, 77.

Baş hakim: Elçin Məsiyev.

“Qəbələ”: Səlahət Ağayev, Murad Musayev (k), Nuqay Rəşidov (Turan Manafov, 75), Eşqin Əhmədov, Seydina Keyta, Adriel Ba Lua, Xayme Syerra, Sambu Sissoko (Şahin Şahniyarov, 75), İsaak Amoa, Prins Ovusu, Domi Massumo (İsmahil Akinade, 63).

“Neftçi”: Kanan Piriç, Emin Mahmudov (k), Elvin Bədəlov (Murad Xaçayev, 73), Emil Səfərov, Mustafa Sek, Andrey Ştoqrin, İqor Ribeyro, Ifeanyi Metyu, Bassala Sambu (Freddi Varqas, 60), İmad Faraj, Breno Almeyda (Murad Məmmədov, 73).

Sarı vərəqələr: Bədəlov, 16. Rəşidov, 36. Əhmədov, 81. 

Paylaş:

Xəbər Lenti

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

13.06.26 | 12:14

96 forma və iki ən uğursuz seçim

13.06.26 | 11:46

İngiltərə millisi oğurluq qurbanı oldu!

13.06.26 | 11:45

Kilian Mbappe: “Mənim üçün əsas hədəf rekord yox, dünya çempionluğudur”

13.06.26 | 11:16

Şəhriyar qalib gəldi, Məhəmməd liderliyini davam etdirir!

13.06.26 | 10:23

“Sabah” müdafiə xəttini braziliyalı ilə gücləndirdi

13.06.26 | 10:48

ABŞ DÇ-yə fırtına kimi başladı

13.06.26 | 09:27

Bosniya və Herseqovina ev sahibindən xal qopardı

13.06.26 | 08:54

Lamin Yamalın tez sağalmasının sirri bəlli oldu

12.06.26 | 17:47

Səkkiz matçlıq məğlubiyyətsizlik seriyası, yoxsa “vizit kartı” bərabərlik olan Bosniya?

12.06.26 | 17:36

“Qarabağ” gənc qapıçısı ilə yollarını ayırdı

12.06.26 | 17:45

TV PROQRAM

12.06.26 | 17:39

“Kəpəz”də yeni baş məşqçi

12.06.26 | 16:57

A qrupunun ikinci oyunu: Cənubi Koreya Çexiyanı məğlub etdi

12.06.26 | 07:01

Mundialın açılış matçına qırmızı vərəqələr damğa vurdu

12.06.26 | 07:33

Lamin Yamal qayıtdı!

12.06.26 | 07:01

Dünya Çempionatı başladı: “Atsteka”da möhtəşəm açılış!  

11.06.26 | 23:50

FİFA prezidenti nə qədər qazanır?

11.06.26 | 23:08

Millilərimizin rəqibləri bəlli oldu

11.06.26 | 23:18

Məmmədyarov mövqeyini itirir, Muradlı isə liderliyini qoruyur

11.06.26 | 23:44