ABŞ DÇ-yə fırtına kimi başladı

13.06.26 | 09:27
Dünya futbolu

Mundialın üç təşkilatçısından biri olan ABŞ, doğma azarkeşləri önündə turnirə inamlı qələbə ilə qədəm qoydu. Bukmeykerlərin aşkar favorit saydığı “Yankilər”, 16 illik fasilədən sonra mundiala vəsiqə qazanan Paraqvayı böyük hesabla məğlub edti.

Qarşılıqlı hücumlarla başlayan matçda hesabı meydan sahibləri açdı. 7-ci dəqiqədə Kristian Pulişiçin cərimə meydançasına effektiv reydindən sonra paraqvaylı müdafiəçi Bobadilya topu öz qapısına göndərərək turnirin ilk avtoqoluna imza atdı.

Buraxılan qoldan sonra Paraqvay Ensisonun uzaq məsafədən zərbəsi ilə bərabərliyə yaxın olsa da, oyunun nəzarəti tamamilə amerikalıların əlinə keçdi. Pulişiçin sol cinahda yaratdığı təhlükələrin ardınca meydanda Florian Baloqun şousu başladı. “Monako”nun hücumçusu öncə ofsayddan qol vursa da, 31-ci dəqiqədə Pulişiçin ötürməsini dəqiq zərbə ilə qola çevirdi. İlk hissəyə əlavə olunmuş vaxtda isə Baloqun pressinqdən ustalıqla sıyrılaraq uzaq doqquzluğu nişan aldı və dublunu rəsmiləşdirdi.

İkinci hissədə ABŞ dominantlığını davam etdirdi.. Tillman bir neçə qol şansını boşa verdi.73-cü dəqiqədə Paraqvay Ensisonun ötürməsindən sonra Maurisionun qolu ilə ümidlənsə də, matçda son sözü amerikalılar dedi. 90+8-ci dəqiqədə Covanni Reyna ayağının kənarı ilə zərif zərbə vuraraq yekun hesabı müəyyənləşdirdi – 4:1.

Qarşılaşma futbol tarixinə keçən bir hadisə ilə də yadda qaldı. Baş hakim Denni Makkeli FİFA-nın yeni qaydasına əsasən monitora yaxınlaşıb, ABŞ müdafiəçisi Tim Rimə verdiyi sarı vərəqəni ləğv etdi və əvəzində simulyasiyaya görə paraqvaylı Almironu cəzalandırdı.

Yeri gəlmişkən, “SoFi” stadionunda keçirilən matçı tribunadan məşhur simalar – Devid Bekhem, Tom Kruz və Leonardo Di Kaprio da izləyib.

Dünya Çempionatı, final mərhələsi

D qrupu, I tur.

ABŞ – Paraqvay – 4:1

Qollar: Bobadilya, 7 (avtoqol), Balogun, 31, 45+5, Reyna, 90+8 – Maurisio, 73

Baş hakim: Denni Makkeli (Niderland)

Stadion: “SoFi Stedium” (Inqlvud)

ABŞ: Fris – E. Robinson, Rim, Riçards, Frimen – Adams, Tillmann (Reyna, 82) – Pulişiç (Berhalter, 46), Makkenni, Dest (Pepi, 62) – Balogun (Vea, 72).

Paraqvay: Gill – Alonso, Alderete, Q. Qomes, Kaseres (Velaskes, 80) – Almiron (Sosa, 80), Bobadilya (Maurisio, 46), Kubas, D. Qomes (Romero, 80) – Ensiso, Sanabriya (Arse, 62).

Xəbərdarlıqlar: Adams (59) – Kaseres (10), Almiron (53), Arse (88), Alonso (90+3)

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46