Bosniya və Herseqovina ev sahibindən xal qopardı

13.06.26 | 08:54
Dünya futbolu

DÇ-2026-nın açılış oyununda ev sahibi Kanada Bosniya və Herseqovina səddini keçə bilmədi. Təsnifat mərhələsində İtaliya üzərindəki sensasiyalı qələbəsi ilə diqqət çəkən balkanlılar, ilk dəqiqələrdən meydan sahiblərinə asan təslim olmayacaqlarının mesajını verdilər.

Artıq 3-cü dəqiqədə Memiç cərimə meydançasından təhlükəli zərbə ilə yadda qalsa da, top qapının üstündən keçdi. 21-ci dəqiqədə künc zərbəsindən sonra hava mübarizəsindən qalib ayrılan Lukiç başla topu tora qovuşdurdu. Kanada ilk hissədə 9 künc zərbəsi qazansa da, fasiləyə məğlub yollanıb.

İkinci yarı daha dinamik alındı. 53-cü dəqiqədə Kanadanın sürətli hücumunu Oluvaseyi tamamladı. Ancaq qapıçının çarəsiz qaldığı epizodda Kolaşinaç möcüzəvi şəkildə topa ayaq qoyaraq komandasnı xilas etdi.  Nəticədə onun toxunuşundan sonra tirə dəyən top meydanı tərk etdi.

Cəmi bir dəqiqə sonra Bosniya əks-hücumla cavab verdi. Krepo ilə təkbətək qalan Demiroviç zərbə vurmaq əvəzinə qapıçını aldatmağa çalışınca ideal şansı qaçırdı.

Təzyiqi artıran meydan sahibləri 79-cu dəqiqədə istəyinə nail oldu. Cərimə meydançasında ötürmə alan Kayl Larin uzaq küncə güclü və dəqiq zərbə ilə tarazlığı bərpa edti.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməydi.

Dünya Çempionatı, final mərhələsi

B qrupu, I tur

Kanada – Bosniya və Herseqovina – 1:1

Qollar: Larin, 79 — Lukiç, 21.

Stadion: “BMO Fild” (Toronto)

Xəbərdarlıqlar: Conston (11), De Fujerol (54) — Demiroviç (45), Lukiç (45+1), Katiç (90+3).

Kanada: Krepo, Larye, Conston, Kornelius, De Fujerol, Euştakiu (Osorio, 90), Kone, Byukenen (Devid, 61), Millar (Şaffelburq, 61), Devid (Ahmed, 61), Oluvaseyi (Larin, 76).

Bosniya və Herseqovina: Vasil, Dediç, Katiç, Muharemoviç, Kolaşinaç (Burniç, 84), Tahiroviç, Başiç (Giqoviç, 62), Memiç (Alaybeqoviç, 74), Bayraktaroviç (Şunyiç, 74), Demiroviç, Lukiç (Bajdar, 62).

Baş hakim: Fakundo Telyo (Argentina)

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46