FİFA prezidenti nə qədər qazanır?

11.06.26 | 23:08
Dünya futbolu

Futbol üzrə dünya çempionatı təkcə böyük idman bayramı deyil, həm də nəhəng bir biznes layihəsidir. Bu nəhəng mexanizmin başında isə FİFA prezidenti Canni İnfantino dayanır. Dünya idmanının ən təsirli simalarından birinin illik gəliri milyonlarla dollarla ölçülür.

“Associated Press” agentliyinə istinadən ESPN-in yaydığı hesabata görə, ali futbol qurumunun isveçrəli rəhbərinin ümumi illik qazancı təxminən  6 milyon dollara çatıb. Maraqlıdır ki, İnfantinonun sabit maaşı dəyişməsə də, gəlirlərinin kəskin artması ona ödənilən bonuslarla bağlıdır.

FİFA rəhbərinin maliyyə dosyesinin əsas bəndlərinə nəzər saldıqda görünür ki, onun 3,3 milyon dollarlıq sabit illik maaşı dəyişməz qalıb. Ümumi gəlirin kəskin artması isə birbaşa bonuslarla bağlıdır. Belə ki, İnfantinonun illik bonusu təxminən 2,8 milyon dollara yüksəlib ki, bu da əvvəlki iki illə (2 milyon dollar) müqayisədə rəhbərin gəlirlərinin təbii olaraq 695 000 dollar artması deməkdir.

Gəlirlərin bu cür yüksəlməsi FİFA-nın ABŞ-da yeni formatda təşkil etdiyi Klublararası Dünya Çempionatı ilə eyni vaxta təsadüf edib. Proqnozlara görə, bu turnir FİFA-ya təxminən 2 milyard dollar gəlir gətirməlidir.

İnfantinonun əlavə imtiyazlardan (məsələn, Şimali Amerikada keçiriləcək dünya çempionatı ərəfəsində qurumun əsas bazalarından birinin yerləşdiyi Florida və doğma İsveçrədəki evlərinin təminatı) hələ də yararlanıb-yararlanmadığı dəqiq məlum deyil.

2016-cı ildən FİFA-ya rəhbərlik edən 56 yaşlı funksioner növbəti il dördüncü müddətə seçilmək üçün namizədliyini irəli sürəcək. Yenidən seçiləcəyi təqdirdə o, 2031-ci ilə qədər postunda qalacaq. Bu isə FİFA-nın mövcud nizamnaməsi ilə icazə verilən maksimum müddətdir (15 il).

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46