Dünya Çempionatı başladı: “Atsteka”da möhtəşəm açılış!  

11.06.26 | 23:50
Dünya futbolu

Futbol dünyasının böyük maraqla gözlənilən turniri – Dünya Çempionatı start götürdü! Son dörd ilin ən mühüm idman hadisəsinin təntənəli açılış mərasimi əfsanəvi “Atsteka” stadionunda baş tutdu.

Turnirin tarixdə ilk dəfə olaraq üç fərqli ev sahibi ölkədə – üç ayrıca açılış mərasimi ilə keçiriləcəyi öncədən elan olunmuşdu. Bu seriyanın ilki Mexikoda, çempionatın ilk matçından dərhal əvvəl reallaşdı.

Təşkilatçıların hazırladığı proqram rəngarəng musiqili çıxışlar və heyranedici vizual effektlərlə yadda qaldı. Yaşıl meydanın mərkəzində nəhəng Dünya Kubokunun maketi ucaldıldı, azarkeşlər isə xüsusi müraciətlə salamlandı: “Meksika sizi qəlbinin dərinliklərindən gələn təbəssümlə qarşılayır. Biz böyük ruh sahibiyik. Futbol nəsilləri və bütün dünyanı birləşdirən ortaq ehtirasdır”.

Mərasimin musiqi hissəsində sahnəyə çıxan Belinda, Denni Ouşen və “Mana” qrupu tribunalarda böyük coşğu yaratdı.

Gecənin kulminasiya nöqtəsi isə dünyaşöhrətli Şakiranın səhnəyə çıxışı oldu. Kolumbiyalı ulduz özünəməxsus rəqsləri ilə stadionu heyran etdi. O, nigeriyalı ifaçı Burna Boy ilə birlikdə turnirin rəsmi himni olan “Dai Dai” hitini canlı səsləndirərək azarkeşlərə unudulmaz anlar yaşatdı. Bu möhtəşəm şou Meksikadakı açılışın ilk hissəsinə rəngarəng pirotexniki atəşfəşanlıqla nöqtə qoydu.

Mərasimin yekun hissəsində iştirakçı ölkələrin bayraqdarları meydana daxil oldu. Dünya xəritəsini xatırladan mərkəzi dairədə dalğalanan bayraqlar vizual ziyafət yaratdı. Turnirin ev sahiblərinə xüsusi mükafatların təqdim olunmasından sonra səhnəyə çıxan dünyaşöhrətli tenor Andrea Boçelli və cənubi koreyalı-amerikalı sənətçi Edjae ecazkar ifaları ilə gecəni yekunlaşdırdılar.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46