Səkkiz matçlıq məğlubiyyətsizlik seriyası, yoxsa “vizit kartı” bərabərlik olan Bosniya?

12.06.26 | 17:36
Dünya futbolu

Bu gün ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında növbəti maraqlı qarşılaşmalar baş tutacaq. B və D qruplarında ilk turun oyunları azarkeşlərə böyük futbol bayramı vəd edir.

12 iyun

Kanada – Bosniya və Herseqovina

Saat: 23:00

Stadion: “BMO Fild” (Toronto, Kanada)

Baş hakim: Fakundo Telyo (Argentina)

Canlı yayım: TRT Spor, Matç! TV, Matç! Futbol 1

Kanada: DÇ-2022-dəki uğursuzluqdan sonra turnirə birbaşa ev sahibi kimi qatılan Kanada, son bir ili rəsmi oyunsuz keçirsə də, yoldaşlıq görüşlərində (məsələn, Ukrayna üzərində 4:2 hesabla qələbə) və 8 matçlıq məğlubiyyətsizlik seriyası ilə diqqət çəkir.

Bosniya və Herseqovina: Tarixində ikinci dəfə dünya çempionatına vəsiqə qazanan bosniyalılar turnirə pley-off mərhələsində Uels və İtaliyanı penaltilər seriyasında (qapıçı Vasilin rəşadəti sayəsində) keçərək son anda gəliblər. Komanda hazırlıq dövründəki yoldaşlıq oyunlarında da sülh bağlamağa meylli olduğunu göstərdi. Öncə Şimali Makedoniya ilə qolsuz bərabərliyə (0:0) razılaşan bosniyalılar, ardınca Panama ilə matçda hesabı açsalar da, ilk hissənin son saniyələrində qapılarında qol gördülər və görüş komandanın artıq “vizit kartı” sayılan 1:1 hesablı bərabərliklə yekunlaşdı.

Tarixi fakt: Bu iki rəqiblər ilk dəfə rəsmi oyunda üz-üzə gəlir.

13 iyun

ABŞ – Paraqvay

Saat: 05:00

Stadion: “SoFi Stadium” (Los-Anceles, ABŞ)

Baş hakim: Denni Makkeli (Niderland)

Canlı yayım: TRT Spor, Matç! TV, Matç! Futbol 1

 ABŞ: Maurisio Poçettinonun rəhbərlik etdiyi ABŞ millisi Qətər-2022-dəki pis olmayan çıxışından sonra yeni mərhələyə qədəm qoyub. Cari ilin əvvəlində Belçika və Portuqaliyaya, turnir öncəsi isə Almaniyaya (1:2) məğlub olan “Yanki”lər ev sahibi statusunun təzyiqini qələbə ilə azaltmaq niyyətindədir.

Paraqvay: Son Amerika Kubokundakı uğursuzluqdan sonra Gustavo Alfarounun gəlişi ilə dirçələn Paraqvay, seçmə mərhələdə Braziliya ilə eyni xalı yığaraq gücünü sübut etdi. DÇ öncəsi isə Nikaraquanı 4:0 hesabı ilə darmadağın edərək bura yüksək əhval-ruhiyyədə gəliblər.Tarixi fakt: İki qitə təmsilçisi indiyə qədər 7 dəfə qarşılaşıb. ABŞ-ın böyük üstünlüyü var: 5 qələbə (son 3 oyun ardıcıl olaraq ABŞ-ın xeyrinə başa çatıb) və 2 məğlubiyyət.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46