Demçenko: “İkinci hissə xoş təsir bağışlamadı, amma qələbə vacib idi”

18.03.26 | 18:16
Ölkə futbolu

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko üçün “Şamaxı” üzərindəki qələbə (1:0) sadəcə üç xal deyil, həm də komandanın xarakter sınağı olub. İki fərqli hissə izlədiyini gizlətməyən mütəxəssis, son dəqiqələrdəki təzyiqə rəğmən qazanılan qələbəni və qarşıdakı “Sabah” – “Neftçi” sınaqları öncəsi planlarını açıqlayıb.

Mütəxəssis ilk növbədə qarşıya qoyulan vəzifənin icra olunmasından məmnunluğunu ifadə etsə də, oyunun gedişatından tam razı qalmadığını gizlətməyib: “Qarşımızda duran əsas vəzifə son iki matçda 6 xal toplamaq idi. Bunu bacardıq və komandamı bu münasibətlə təbrik edirəm. Lakin oyunun məzmununa gəlincə, hisslərim birmənalı deyil. İlk hissədə təşəbbüs bizdə idi, yaxşı qol epizodları yaradırdıq. İkinci hissə isə xoş təsir bağışlamadı. Rəqib uzun ötürmələrə keçdikdən sonra müdafiədə problemlər yaşadıq. Hətta sona yaxın qol buraxıb heç-heçə də edə bilərdik. Şükürlər olsun ki, müdafiəçilərimiz 100 faizlik fürsətlərdə rəqibə imkan vermədilər. Komanda kimi formalaşmaq üçün belə çətin oyunları qazanmağı bacarmalıyıq”.

Qarşıdan gələn milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə toxunan Demçenko, hazırlıq prosesi barədə məlumat verib: Futbolçulara 3-4 günlük bərpa üçün vaxt veriləcək.  Fasilədən sonra komandanı “Sabah” və “Neftçi” kimi güclü rəqiblərlə çətin sınaqlar gözləyir. Hazırlıq planına bir yoldaşlıq görüşünün daxil edilməsi nəzərdə tutulub”.

Komandada qapıçı mövqeyindəki tez-tez baş verən rotasiyalara aydınlıq gətirən baş məşqçi, Tərlan Əhmədlinin çıxışını xüsusi qeyd edib: “Tərlan bu gün çox yaxşı çıxış etdi və bir neçə kritik epizodda komandanı xilas etdi. Ümumiyyətlə, qapıçılar istehkamçı kimidirlər – ilk səhvə qədər oynayırlar. Əhmədli ötən turda özünü yaxşı tərəfdən göstərdiyi üçün bu gün də ona şans verdik. Lakin unutmaq olmaz ki, bu gün fərdi şəxslər deyil, bütün komanda qalib gəlib”.

Paylaş:

Xəbər Lenti

Yarımçıq qalmış final: “Şapekoense” qəzadan 10 il sonra yenidən “Atletiko Nasyonal”la qarşılaşacaq

13.09.26 | 02:30

Boksçu yox, məşqçi: Fernando Torresin inanılmaz zərbəsi və yeni rekordu

13.09.26 | 01:47

Maşını aşdı, özü möcüzəvi şəkildə sağ qaldı: 24 saat sonra “Çelsi”yə qarşı oynadı

13.09.26 | 01:58

Premyer Liqada mərkəzi oyun günü: “Qarabağ” “Zirə” sınağında!

13.09.26 | 01:54

Meydan yetmədi, indi klublar döyüşəcək: Messi və Ronaldodan yeni qarşıdurma

13.09.26 | 00:31

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49

Filipe Kandidu: “Bir xala layiq deyildik, komandada inkişaf var”

12.09.26 | 23:47

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06