Bu gün DÇ-2026-nın Avropa zonasında seçmə turnirin qrup oyunlarına yekun vurulacaq. İlk öncə H qrupunun Avstriya – Bosniya və Herseqovina oynunu qeyd etmək olar. Mundiala birbaşa vəsiqə qazanacaq komandanın taleyinə məhz bu oyunda aydınlıq gələcək. Xatırladaq ki, Bosniya və Herseqovina Avstriyadan iki xal geri qalır. J qrupunun Uels – Şim.Makedoniya qarşılaşması da, tərəflər üçün böyük əhəmiyyət kəsb edir. Hazırda ikinci pllədə qərarlaşan britaniyalıların Şimali Makedoniya ilə xalları eynidir. Top fərqinə görə rəqibdən geri qalan Uelslilər qrup ikincisi olmaq üçün mütləq qələbə qazanmalıdır. Düzdür, bu cütün qalibinin mundiala birbaşa vəsiqə qazanmaq şansı da var. Ancaq, Belçikanın öz meydanında Lixtenşteynə uduzması inandırıcı görünmür. C qrupunun qalibi Şotlandiya – Danimarka matçının final fitindən sonra bilinəcək. Hazırda danimarkalıların hesabında 11, Şotlandiyanın isə 10 xal var. Öz meydanında İsveçrə ilə qarşılaşan Kosovo qrup brincisi olmaq üçün altı top fərqi ilə qələbə qazanmalıdır.
18 noyabr 23:45 Avstriya – Bosniya və Her.
18 noyabr 23:45 Belarus – Yunanıstan
18 noyabr 23:45 Belçika – Lixtenşteyn
18 noyabr 23:45 Bolqarıstan – Gürcüstan
18 noyabr 23:45 İspaniya – Türkiyə CBC Sport, TV8
18 noyabr 23:45 Kosovo – İsveçrə
18 noyabr 23:45 Rumıniya – San Marino
18 noyabr 23:45 Uels – Şim.Makedoniya
18 noyabr 23:45 İsveç – Sloveniya
18 noyabr 23:45 Şotlandiya – Danimarka