DÇ-2026-da təcavüz qalmaqalı: Rəqibinin əlini sıxmadı, tribunalar isə fitə basdı!

24.06.26 | 13:50
Dünya futbolu

İngiltərə yığmasının ounçusu Cedd Spens oyundan əvvəlki rəsmi salamlaşma zamanı rəqib futbolçu Tomas Parteyin əlini sıxmaqdan imtina edib. Spensin bu addımı rəqibinin ağır cinayətdə ittiham olunması ilə bağlıdır.

Söhbət “Arsenal”ın sabiq, “Vilyarreal”ın hazırkı yarımmüdafiəçisi Parteydən gedir. Londonda dörd qadın Parteyi 2020-2022-ci illərdə (“Arsenal”da oynadığı dövrdə) 7 fərqli təcavüz və cinsi zorakılıq hadisəsində ittiham edir. Futbolçu özünü təqsirli bilməsə də, məhkəmə prosesinin 2027-ci ilin iyun ayına təyin olunduğu bildirilir.

Hadisə ilə bağlı ötən həftə açıqlama verən ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti Parteyə qarşı ittihamlardan xəbərdar olduqlarını, lakin hələlik heç bir rəsmi məhkumluq qərarı olmadığı üçün qanalı ulduzun ölkəyə girişinə qanuni məhdudiyyət qoyulmadığını vurğulayıb.

Bostondakı stadionda baş tutan qarşılaşmada gərginlik bununla bitməyib. Diktor Parteyin adını elan edərkən tribunalar onu kəskin şəkildə fitə basıb. Tribunaların etirazı bununla bitməyib və matç boyu qanalı oyunçu topa hər toxunuşunda fit səsləri yenidən yüksəlib.

Paylaş:

Xəbər Lenti

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06